Dünyanın ən bahalı brendi “Amazon” oldu

Date:

Paylaş:

“BrandZ Top 100 Most Valuable Global Brands”in açıqladığı növbəti renkinq “Amazon”un ötənilki lider “Google” şirkətini birinci pillədən kənarlaşdıraraq dünyanın ən bahalı brendi olduğunu göstərib.

Son illərdə “brend-ekosistem”ə çevrilən və bazarın yeni seqmentlərində genişlənən “Amazon”un dəyəri bir il ərzində 1,5 dəfə aratarq 315 milyard dollara çatıb.  “Amazon” 2018-ci ildə reytinqdə üçüncü sırada yer almışdı.

Bu il sıralamada ikinci yeri yenə “Apple” (309,5 milyard dollar) tutub. “Google” (309 milyard dollar) isə üçüncü yerə düşüb. Sonrakı pillələrdə “Microsoft”, “Visa”, “Facebook”, “Alibaba” qərarlaşıb.

Qeyd edək ki, “BrandZ Top 100 Most Valuable Global Brands” renkinqi dünyanın ən böyük reklam şirkəti olan WPP-nin sifarişi ilə “Kantar Millward Brown” agentliyi tərəfindən tərtib edilir. Siyahı tərtib edilərkən maliyyə göstəriciləri və istehlakçı baxışlarını nəzərə alınır. Dünyanın ən bahalı brendlərinin reytinqi 2006-cı ildən bəri hər il tərtib edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...