Britaniyanın Interbrand konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin növbəti siyahısını tərtib edib.
2019-cu il reytinqində 14 avtomobil nəhəngi yer alıb. Ferrari keçən illə müqayisədə ən yüksək nəticəni göstərib, Kia isə dəyərinin 7%-ni itirib.
Nəticələrə görə, ən bahalı avtomobil brendi yenidən Toyota olub. O, 56,236 mlrd. dollar dəyərləndirilir və bu da keçən ildəkindən 5% çoxdur. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Mercedes-Benz və BMW bölüşürlər. Belə ki, Mercedes-Benz 50,832 mlrd. dollar, BMW isə 41,440 mlrd. dollar dəyərləndirilir. Volkswagen 12,921 mlrd. dollar, Land Rover cəmi 5,855 mlrd. dollar dəyər alıb.
Best Global Brands-2019 reytinqinin qalibi Amerikanın Apple şirkəti olub və o, 234,241 mlrd. dollar dəyərləndirilir. Liderlər üçlüyünə Google ( 167,713 mlrd. dollar) və Amazon (125,263 mlrd. dollar) da düşüb.