Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın ən zəngin adamı $71 mln.-a iki rəsm əsəri alıb

Dünyanın ən zəngin adamı $71 mln.-a iki rəsm əsəri alıb

45
Paylaş

“Amazon” şirkətinin təsisçisi və dünyanın ən zəngin adamı Jeff Bezos iki rəsm əsəri alıb. Onlara 71 milyon dollar pul verib.

Bizplus.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib. Qeyd edək ki, indiyə qədər milyarder sənətə maraq göstərən biri kimi tanınmayıb.

Hurting the Word Radio #2 adlı birinci rəsm əsəri rəssam Ed Ruşeyə məxsusdur və “Christie’s” auksionunda 51,5 milyon dollara satılmışdı. Jeff Bezosun aldığı ikinci Vignette 19 sənət əsəri isə rəssam Kerri Ceyms tərəfindən çəkilib və “Sotheby’s” auksionunda 18,5 milyon dollara satılıb.

“Bloomberg” in qeyd etdiyi kimi, sənət bazarında 2019-cu ilə geriləmə olsa da, artıq hər şey yerinə gəlir.