“Knight Frank”ın “Varlılar 2019” hesabatına görə, ən azı 30 milyon dollar sərvəti olan dünyanın ən varlılarının az qala yarısı London, Tokio və Sinqapurun başda olduğu 10 şəhərdə yaşayır.
Dünyanın ən böyük iqtisadiyyatına malik olmasına baxmayaraq ABŞ-dan yalnız Nyu York ən zənginlərin yaşadığı 10 şəhər siyahısına daxil olub.
Hesabatda ultra zənginlərin ən böyük metropollarda yaşadığı vurğulanıb. İş imkanları, yaşayış üstünlükləri, xəstəxanalar, nəqliyyat kimi amillər böyük şəhərlərə üstünlük verilməsinin əsas səbəbləridir.