Əsas səhifə Biznes Milyarder Dünyanın ən varlı insanlarından olan Karlos Slimin biznes qaydaları

Dünyanın ən varlı insanlarından olan Karlos Slimin biznes qaydaları

  1. İş adamı yalnız işlə məşğul ola bilməz.Siz bir çox marağa sahib olmalısınız. Həyat bilmək, öyrənmək, hiss etmək, yaşamaq üçün bir çox imkanlar təklif edir.
  2. Hesab edirəm ki, iş adamları və sahibkarlar resursları idarə etmək üçün daha çox təcrübəyə malikdir və bizə problemlərimizi siyasətçilərə nisbətən həll etmək daha asandır.
  3. Başqasının fikirlərinə baxaraq yaşadığınız zaman,siz bir ölüsünüz.Mən, məni necə xatırlayacaqlarını düşünərək yaşamaq istəmirəm.
  4. Gələcəyi görməyi bacarmalısınız,bunun üçün isə keçmişi bilməlisiniz.
  5. Böyük deyil,kiçik səhvlər etməyə çalışın.
  6. Mən elə düşünürəmki heç vaxt risk etməmişəm. Bəlkə biraz olub, amma risk həvəskarı deyiləm.
  7. Biznesdə çevik olmaq lazımdır.
  8. Mən inanmıram ki,hər hansı bir biznesdə siz 15-16 saat işləmək məcburiyyətindəsiniz,o zaman sizin özünüzə, ailənizə və ya başqa bir şeyə ayıracaq vaxtınız olmayacaq.
  9. İş adamı-yalnız müvəqqəti idarə etdiyi sərvətin yaradıcısıdır.
  10. Mən əminəm ki, özəl sektorlar pul əvəzinə dəstək verməlidir,çünki xeyriyyə bir neçə yüzillik mövcud olan yoxsulluğu həll etməyəcəkdir.
  11. Mənim fikrim sadədir: reinvestisiya, reinvestisiya və reinvestisiya.
  12. İnvestor və sahibkar arasında fərq mövcüddur: sahibkar aktiv olaraq yaradır, investor passiv investisiya edir.
  13. Mühacirlərə işləmək çox çətindir,amma daxilən onlar çox güclüdürlər.Onlar güclü olmalıdırlar.Mən dünyadakı mühacirlərə heyran qalıram.
  14. Sizin edə biləcəyiniz ən yaxşı investisiya yeni iş yerləri yaratmaq…kasıb insanları müasir bazar iqtisadiyyatına cəlb etməyinizdir.
  15. Şəxsi həyatın yaxşılığı sizi daha da gücləndirir.
  16. Mənə elə gəlir ki, iş-yalnız sosial məsuliyyət deyil, həm də emosional tələbatdır.
  17. Xoşbəxtliyyə yol- öz dəyərlərinizi aydın şəkildə başa düşdüyünüz və onlarla uyğunlaşdığınız andır.
  18. Sarsılmaz və sakit optimizm həmişə öz bəhrəsin verir.
  19. Mən hələdə çoxlu suallar verirəm.
  20. Ölümdən sonra nəyə istifadə olunacağını bilmədiyimiz zənginliyi yaratmaq mənə dəlilik kimi gəlir. Həyatınız ərzində, sərvətinizi biznesinizdən kənarda istifadə etməlisiniz.
  21. Siz biznesdən zövq almırsınız.Siz işləyirsiniz.
  22. Hər hansı bir şeydə qürur-daxili özəllikdir. Bu, tanınma və alqış deyil. Bir şey edərkən hiss etdiyiniz daxili hissdir.
  23. Hesab edirəm ki, müvəffəqiyyət-qazanılmış pul, özəl şirkət və ya üstün peşəkarlıq deyil. Uğur-sizin həyatınızdır. Uğur-sizin ailəniz, dostlarınızdır. Bu baxımdan mən özümü çox uğurlu hesab edirəm.

Rəy bildir

Please enter your comment!
Please enter your name here