Əsas səhifə Biznes Milyarder Dünyanın ən varlı adamlarının neçə yaşında milyarder olduğu açıqlandı

Dünyanın ən varlı adamlarının neçə yaşında milyarder olduğu açıqlandı

787
Paylaş

Dünyanın ən zəngin insanları siyahısında, milyarderlərin yaşı və milyonerlikdən milyarderliyə keçid dövrü hesablanıb. Facebook-un təsisçisi Mark Zuckerberg-in 23 yaşında, ən gənc və ən qısa zamanda (1 il ərzində) milyarder olduğu ortaya çıxıb.

Dünyanın ən varlı adamlarının siyahısı hər dövrdə maraqla qarşılanan məlumatlardan biridir. Bu dəfə isə həmin milyarderlərin neçə il ərzində milyonerlikdən milyarderliyə keçid etdiyi haqqında araşdırma aparılıb. Betway tərəfindən hazırlanan hesabatda, dünyanın ən zəngin ilk onluğu arasında Facebookun qurucusu Mark Zuckerberg yalnız bir il içində milyonerlikten milyarderliyə keçərək bu sahədəki ən sürətli ad olaraq önə çıxıb.

Ən tez – 1 il ərzində milyarder olan 23 yaşındakı Zuckerberg-i, siyahıda 2 il ərzində milyarder olan Amazon-un qurucusu və dünyanın ən zəngin adamı olan Jeff Bezos izləyib. Bezos, 35 yaşında milyarder olarkən, Microsoft-un qurucusu Bill Gatesin beş il ərzində milyonerlikdən milyarderliyə keçid edib. Hesabata görə, adı çəkilən 3 milyarderin tez bir zamanda varlanmağının səbəbi kimi texnologiya şirkətlərinin qurucusu olmaları irəli sürülü.

Ən gənci 23 yaşındadır

Dünyanın ən varlı ilk 10 adamı arasında ən yavaş irəliləyən milyarder Warren Baffet və Carlos Slim olub. Buffett 56 yaşında milyarder olarkən, Slim 51 yaşında milyonerlikdən milyarderliyə yüksəlib və hər ikisi 26 il ərzində milyarder olub.

Betway-in araşdırması Forbes-in milyarderlərin illik siyahısına əsaslanır. Araşdırma əsasında hazırlanan siyahıyda 23 yaşınlı milyarder Mark Zuckerberg, dünyanın ən gənc milyarderi olaraq fərqlənir.

AdŞirkətMilyarder olduğu yaşıMilyonerlikdən milyarderliyə keçid müddətiSərvəti

(mlrd.$)

1Jeff BezosAmazon35290
2Bill GatesMicrosoft31590
3Warren BuffettBerkshine Hathaway562684
4Bernard ArnaultLVMH482172
5Mark ZuckerbergFacebook23171
6Amencio OrtegaInditex651670
7Carlos SlimGrupo Carso512667
8Charles KochKoch Endüstri532260
9David KochKoch Endüstri491060
10Larry EllisonOracle49760

Qeyd edək ki, Betway-ın hesabatına görə, dünyada milyarderlərin üçdə biri heç bir universitetin məzunu deyil, yəni ali təhsilləri yoxdur.

Banco.az