Əsas səhifə Biznes Milyarder Dünyanın ən varlı adamın Cef Bezosadan etiraf

Dünyanın ən varlı adamın Cef Bezosadan etiraf

Amazon-un sahibi və eyni zamanda dünyanın ən varlı adı olan Cef Bezos maraqlı bir açıqlama verib.

Toplantıda şirkət əməkdaşlarından biri Cef Bezosa Amazon-un gələcəyi barədə suallar verib.

Şirkət əməkdaşı, xüsusilə Bezosun, ABŞ-ın pərakəndə nəhəngi “Sears”ın və digər böyük şirkətlərin iflasından nə dərs çıxardığını soruşub.

Bezos, “Amazon, uğursuz olacaq qədər böyük deyil (şirkətin yaşını nəzərdə tutur – Marja). Əslində Amazon-un bir gün iflas edəcəyini düşünürəm. Böyük şirkətlərə baxsanız, ömrü 100 ildən artıq olan şirkət yoxdur, ortalama ömürləri isə 30 ildir”, – cavabını verib.

Bezos, uğursuzluğun qarşısını almağın yolunun müştəri yönümlü olmaq və özləri haqqında narahat olmamaq olduğunu bildirərək, “Müştərilərimizə fokuslanmaq əvəzinə özümüzə fokuslansaq, bu sonun başlanğıcı olacaqdır”- ifadəsini istifadə edib.

Marja

Rəy bildir

Please enter your comment!
Please enter your name here