Əsas səhifə Xəbərlər Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb – Azərbaycan neçənci pillədədir?

Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb – Azərbaycan neçənci pillədədir?

172
Paylaş

ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb

 “Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib.

AZƏRTAC xəbər verir ki, reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib. Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib.  Azərbaycan isə  71  ci  yerdə  qərarlaşıb.

ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib.