Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb

Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb

123
Paylaş
virus
virus

Dünyanın ən təhlükəli kompüter viruslarının olduğu noutbuk incəsənət-obyekti kimi 1,3 milyon dollara satılıb.

Hərrac rəssam Quo o Donqun “Persistence of Chaos” layihəsinin saytında translyasiya edilib.

Qeyd edilir ki, 6 zərərverici proqrama malik “Samsung NC10-14GB”10,2 düymlüdür. 2008-ci ildə istehsal edilmiş kompüterin virusları arasında “SoBig”, “WannaCry” və “DarkTequila” kimi təhlükəli proqramlar olub.

Kompüteri Nyu-Yorkdan olan alıcı alıb. Təhlükəli proqramların vura biləcəyi zərər bütün dünya üzrə 95 milyard dollar məbləğində qiymətləndirilir.

Kompyuterdəki “WannaCry” virusu 2017-ci ilin mayında 150 ölkədən olan adi istifadəçilərin kompüterlərinə və şirkətlərin serverlərinə yayılıb.

Qeyd edilir ki, hazırda satış dayandırılıb. Mayın 28-də layihənin saytındakı sifariş bölümünü doldurmaqla və pay yerləşdirməklə hərracın iştirakçısı olmaq mümkün idi.