Əsas səhifə Xəbərlər Digər xəbərlər Dünyanın ən perspektivli startapları hansılardır?

Dünyanın ən perspektivli startapları hansılardır?

49

Amerikanın Forbes nəşriyyatı 25 ən perspektivli startapların siyahısını dərc edib. Onların dəyəri tezliklə 1 mlrd. dollara çata bilər.

İlk onluq belədir:

 CHAINALYSIS

Cəlb edilmiş səhmlər : 53 mln. dollar.

2018-ci il üçün gəliri : 8 mln. dollar.

Nyu-Yorkun bu startapı kriptovalyutaların araşdırılması üçün proqram təminatı yaradır və onun köməyi ilə insanların bitkoin və digər rəqəmsal pullardan necə istifadə etməsi məlum olur. O, qeyri-qanuni əməliyyatların və cinayətlərin aşkar ediməsində yardımçı ola bilər.

 CONTRAST SECURITY

Cəlb edilmiş səhmlər : 122 mln. dollar.

2018-ci il üçün gəliri : 25 mln. dollar.

2014-cü ildə əsası qoyulan bu texnologiya işlək mobil tətbiqlərin kodunu yoxlayır və potensial boşluqlar barədə proqramçılara məlumat verir.

 CYBEREASON

Cəlb edilmiş səhmlər : 189 mln. dollar.

2018-ci il üçün gəliri : 50 mln. dollar.

Yüksək texnologiyalı bu startap monitorinq apararaq təhlükələri aşkarlayır. Hərbdə tətbiq üçün yararlıdır.

DAVE

Cəlb edilmiş səhmlər : 3 mln. dollar.

2018-ci il üçün gəliri : 19 mln. dollar.

Bu startap 2016-cı ildə buraxılıb – istifadəçilərin xərclərinə nəzarət edir və kartlarındakı balans sıfıra yaxınlaşanda bu barədə xəbərdarlıq edir. 2017-ci ildə o AppStore-da “günün tətbiqi”nə çevrilir.

DIVVY

Cəlb edilmiş səhmlər : 257 mln. dollar.

2018-ci il üçün gəliri : 8 mln. dollar.

DIVVY xidməti büdcə, fırıldaqçılğın qarşısının alınması və xərclərin təmamilə pulsuz idarə edilməsi üçün alətlər təklif edir.

DUOLINGO

Cəlb edilmiş səhmlər : 108 mln. dollar.

2018-ci il üçün gəliri : 36 mln. dollar.

Duolingo dünyada xarici dillərin və kraudsorsinq tərcümələrin öyrənilməsi üçün ən məhşur platformalardan biridir.

FAIRE

Cəlb edilmiş səhmlər : 116 mln. dollar.

2018-ci il üçün gəliri : 100 mln. dollar.

Kiçik biznesə yardım uğrunda işləyən Faire pərakəndə satıcılara internet vasitəsilə məhsul tapıb almaqda kömək edir və həmçinin, 60 gün ərzində satılmayan nə varsa pulsuz götürür.

FIGMA

Cəlb edilmiş səhmlər : 83 mln. dollar.

2018-ci il üçün gəliri : 3 mln. dollar.

Figma dizaynerlər üçün əlverişli bir platformadır. Onun sayəsində onlar birlikdə onlayn şəkildə bütün dizayn proseslərini işləyə bilərlər. Ondan qeyri-peşəkar istifadə paketi hələ də ödənişsizdir.

FOURKITES

Cəlb edilmiş səhmlər : 101 mln. dollar.

2018-ci il üçün gəliri : 16 mln. dollar.

FourKites layihəsi tədarükə nəzarət üzrə proqram təminatıdır. Şirkətlərə sifarişlərinin bütün yol boyu harada olması, nə zaman təyinat yerinə çatacağı barədə məlumatlar verir.

FRONT

Cəlb edilmiş səhmlər : 79 mln. dollar.

2018-ci il üçün gəliri : 16 mln. dollar.

Front 2013-cü ildə Matilda Kollin tərəfindən yaradılıb və o, şirkətlərə Facebook, Twitter və SMS-dəki ismarıcları ümumiləşdirən ümumi poçt qutusuna qoşulmaqla istehsal qabiliyyətini artırmaqda kömək edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here