Əsas səhifə Xəbərlər Dünyanın ən məşhur iki peşəsi tarixə qovuşur

Dünyanın ən məşhur iki peşəsi tarixə qovuşur

236
Paylaş

Bəzi sahələr artıq avtomatlaşdırılır və işçiləri robotlar əvəz edə bilir

“Bizplus az” ‘Sputnik Azərbaycan”- a istinadla bildirir ki,satıcı və sürücü peşəsi ləğv ediləcək. Bu barədə Rusiyanın “Mədəniyyət” telekanalının efirində birində Sinqulyarlıq Universitetinin (“Singularity University”) nümayəndəsi Yevgeniy Kuznetsov deyib.

“Bəzi sahələr artıq avtomatlaşdırılır və işçiləri robotlar əvəz edə bilir. Ona görə də belə peşələr sıradan çıxır” – deyə Kuznetsov bildirib.

O, əlavə edib ki, hazırda robotların inkişafı sürücü və satıcıları bazardan çıxarır: “Yaxın gələcəkdə onlara ehtiyac olmayacaq. Eyni zamanda brokerlər, mühafizəçilər, tərcüməçilər, çağırış mərkəzlərinin işçiləri və digər bu kimi peşələrin də tarixə qovuşmasına az qalıb”.