Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın ən effektiv liderinin adı açıqlanıb

Dünyanın ən effektiv liderinin adı açıqlanıb

327
Paylaş

Amerikalı jurnal Harvard Business Review dünyanın ən səmərəli rəhbərlərin yeni bir sıralamasını nəşr edib.

Reytinqdə birinci yeri Zara, Pull & Bear, Massimo Dutti, Bershka və digər geyim markalarına sahib olan Inditex şirkətinin İdarə Heyətinin sədri Pablo Isla tutur. Isla üst-üstə ikinci ildir ki, dünyanın ən səmərəli rəhbərləri  sıralamasınıda birinci pillədə qərarlaşır. Onun 54 yaşı var, 13 ildir CEO olaraq Inditex şirkətinə rəhbərlik edir və yeddi il idarə heyətinin sədri vəzifəsində çalışıb. Isla Madridin Complutense Universitetində hüquqi təhsil alıb. Şirkətə qoşulmadan əvvəl İspaniyanın İqtisadiyyat və Maliyyə Nazirliyində, Banco Popular bank qrupunda işləyib, Altadis tütün şirkətinin başçısı olub.

Reytinqin ilk beşliyinə daxildir:

2-ci yer – NVIDIA-nın təsisçisi, prezidenti və baş icraçı direktoru, Jin-Sun-Xuan;

3-cü yer – CEO və LVMH qrupun İdarə Heyətinin sədri (Louis Vuitton, Christian Dior, Moet & Chandon, Hennessy və digər brendlərin sahibi) Bernard Arnaud;

4-cü yer – Kering Group şirkətinin icraçı direktoru və Direktorlar Şurasının sədri (Gucci, Brioni, Balenciaga, Ulysse Nardin və s.) Francois-Henri Pino;

5-ci yer – Continental şin şirkətinin icraçı direktoru və avtomobil hissələri istehsalçısı Elmar Degenhart