Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Dünyanın ən çox şərab satan ölkələri arasında Azərbaycan 25 ölkəni geridə qoydu

Dünyanın ən çox şərab satan ölkələri arasında Azərbaycan 25 ölkəni geridə qoydu

177
Paylaş

Xaricə şərab ixrac edən 80 ölkə arasında Azərbaycan 55-ci pillədə qərarlaşıb.

2018-ci il ərzində Azərbaycan xaricə 7,7 milyon dollar dəyərində şərab məhsulu satıb.

Bu göstəriciyə görə Fransa (11,055 milyard dollar) dünya lideridir. Növbəti pillələrdə İtaliya (7,324 milyard dollar), İspaniya (3,494 milyard dollar), Avstraliya (2,160 milyard dollar) və Çili (1,999 milyard dollar) yerləşib.

Qonşu ölkələrdən Gürcüstan 17-ci pillədə qərarlaşıb. Rəsmi Tbilisi 2018-ci ildə şərab satışından (196,9 milyon dollar), 31-ci pillədə yerləşən Ukrayna (39,8 milyon dollar), 49-cu yerdə Türkiyə (10,1 milyon dollar), Ermənistan 51-ci (9,4 milyon dollar), Rusiya isə (7,5 milyon dollar) Azərbaycandan 1 pillə geridə – 56-cı yerdə qərarlaşıb.

80 ölkənin yerləşdiyi siyahının son pilləsini ötən il 200 min dollar dəyərində şərab ixrac edən Aruba ada dövləti tamamlayır.