Əsas səhifə Məqalələr Maraqlı Dünyanın ən çox qazanan idmançısı – 2017

Dünyanın ən çox qazanan idmançısı – 2017

1063
Paylaş

Portuqaliyalı Cristiano Ronaldo $ 93 milyon dollar ilə dördüncü ildir ki, Forbesin siyahısında ən çox qazanan futbolçu olaraq qalır. Onun qazanclarının əsas hissəsi illik  əmək haqqı, bonus ödənişləri (58 milyon) və 2016-ci ilin iyunundan 2017-ci ilin mayına qədər razılıq əqdləri – (35 milyon) sponsorluq və s müqavilələrdən gəlirdən formalaşır.

Ötən ilin noyabrında, onun müqaviləsi 2021-ci ilin iyununa qədər uzadılıb, bu isə o deməkdir ki, Ronaldo 2021-ci ilə, yəni 36 yaşı olan qədər təxminən eyni əməkhaqqı alacaq. Portuqaliyalı ulduz bildirib ki, müqavilə bitəndə o daha bir oxşar müqavilə imzalayıb, 41 yaşı olan qədər meydanda top qovmağa davam etmək istəyir.

Siyahıda ona yaxın düşmək istəyən peşəkar idmançılar, həm də onun, canlı bilboard olaraq, qlobal sponsorlar portfoliosu üçün çalışması və bu sahədən 35 milyon dollar qazanmasını da nəzərə almalıdır. Burada söhbət Nike, Tag Heuer, Herbalife, Clear-in kişi saçları üçün məhsulları, PokerStars, Nubia, XTrade, Sacoor Brother, Pestana hotelləri və onun özünün CR7 brendi altında istehsal edilən alt geyimləri, köynəklər, ayaqqabılar, onun adı ilə bağlı ətirlər və s daxildir. Onun sadəcə bu tip əqdlərdən qazandığı vəsait, dünyanın ən çox qazanan futbolçuları siyahısında 4-cü yeri tutmağa bəs edərdi.

Lakin daha yaxından baxdıqda görərik ki, Ronaldo hələ haqq etdiyindən az qazanır, belə ki, onun Facebook, Instagram və Twitter və onun adını daşıyan beynəlxalq hava limanı üzərində üzərindən 275 milyon sosial media izləyicisi vardır. Sosial media dəyərləndirməsi həyata keçirən Hookit şirkəti qeyd edir ki, Ronaldonun kütləvi mediada təmsilçiliyi ümumilikdə 176 milyon dollar media dəyəri formalaşdırırb və 2016-ci ilin iyununda başa çatan 12 aylıq maliyyə ili ərzində da öz sponsorları üçün, ona edilən investisiyalar üzərində 449% gəlir (ROİ) qazanıb, hələ televiziya, print və və digər medianı saymadan.

Həmçinin o dekabrda Nike şirkəti ilə 1 milyard dollarlıq ömürlük əqd imzalayıb, bu isə idman dünyasında, James və Jordandan sonra üçüncü belə böyük razılıqdır.

Banco.az