Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Dünyanın ən böyük qəhvəxana şəbəkəsinin gəlirləri artıb

Dünyanın ən böyük qəhvəxana şəbəkəsinin gəlirləri artıb

208
Paylaş

Dünyanın ən böyük qəhvəxana şəbəkəsi “Starbucks”, maliyyə ilinin ilk rübündə daxilolmalarında gözləntilərin üzərində artım təmin edib.

“Bizplus.az” xəbər verir ki, ilk rübdə “Starbucks”in gəlirləri 9 faiz artaraq, 6,49 milyard dollar olan analitik proqnozlardan çox – 6,63 milyard dollar təşkil edib.

“Starbucks” ilk rübdə 760,6 milyon dollar, bir səhmə 61 cent mənfəət əldə edib. Ötən ilin eyni dövründə xalis mənfəət 2,25 milyard dollar, bir səhmə 1,57 dollar olmuşdu.

Analitiklər, bir səhmə 65 cent mənfəət gözləyirdilər.