Əsas səhifə Məqalələr Maraqlı Dünyanın ən bahalı torpaq sahəsi satıldı

Dünyanın ən bahalı torpaq sahəsi satıldı

1087
Paylaş

Dünyanın ən bahalı torpaq sahəsi Honkonqun hökumət hərracında rekord məbləğə – 3 milyard dollara satılıb.

Bu torpaq sahəsi dünyada ən bahalı daşınmaz əmlakın olduğu Honkonq şəhərinin mərkəzində yerləşir.

Daşınmaz əmlak sahəsinin nəhəngi – “Henderson Land” kompaniyasının torpaq sahəsi üçün təklif etdiyi məbləğ ekspertlərin gözlədiyi 2-2,8 milyard dollardan da çox olub. Hərracda “Henderson Land” kompaniyasından başqa, aralarında Çinin materik hissəsindən də olan daha 8 şirkət iştirak edib.

Hazırda həmin ərazidə beşmərtəbəli avtomobil dayanacağı yerləşir. “Henderson Land” 2022-ci ilədək onu sökərək yerində yeni bina tikməyi planlaşdırır.

© Azərtac