Dünyanın ən bahalı saatları

Date:

Paylaş:

Sizin üçün auksiyonda və ya nağd şəkildə alınan dünyanın ən bahalı saatlarının siyahısını hazırlamışıq. Bu saatları bu qədər bahalı edən nədir? Bəziləri sadəcə bahalıdır. Bəziləri isə bahalı detallardan hazırlandığı üçün çox qiymətlidir.

10. Piaget ( 3.5 milyon dollar)

Dünyanın ən bahalı saatları

İsveçrəli məşhur saatsaz George Piaget Piaget saat markasını 1874-ci ildə yaradıb. İlk əvvəl yalnız saat istehsal edirdilər. Sonradan öz dizaynlarını da yaratmağa başladı bu şirkət. Bu günə qədər ən bahalı Piaget saat markası 3.5 milyon dollar olub. Bu saatın xarici örtüyü almazlarla bəzədilib. Saatın bəzədilməsində ümumi 360 almaz hissəsindən istifadə olunub. Bu qədər baha olmasına baxmayaraq saat satışa çıxarılan kimi satılıb.

9. Patek Philippe (3.6 milyon dollar)

Dünyanın ən bahalı saatları

Patek Philippe Polşalı saatçı Antoni Pateklə Fransız saatçı Adrien Philippe tərəfindən 1851-ci ildə yaradılıb. O tarixdən etibarən bu saatlar yüksək keyfiyyətli saatlar kimi tanınır. Bu saatlara baxdığınız zaman niyə bu qədər baha olması haqqında düşünürsünüz çox güman ki. Bunun səbəbi bu saatın ağ qızılla örtülü olması və əllə yığılmasıdır. Bu saatın kim tərəfindən satın alındığı isə gizli saxlanılıb.

8. Patek Philippe ( 4 Milyon Dolar)

Dünyanın ən bahalı saatları

Patek Philippe sadəcə lüks saatlarıyla deyil 19-cu əsrdə istehsal etdiyi saatlarla da məşhurdur. Kraliçe Victoria IX. Papa Pius başda olmaqla bir çox məşhur ya da məşhur olmayan müştərisi var.

Patek Philippe Platinum World Time 2002-ci ildə istehsal edildikdən qısa müddət sonra 4 milyon dollara satılıb. İlk baxışdan çok funksional bir saat kimi görünməsə də Platin World Time 41 ölkədə özünə müştəri tapmağı bacarıb.

7. Louis Moinet (4.6 milyon dollar)

Dünyanın ən bahalı saatları

Louis Moinet saat dünyasının nəhənglərindən biridir. Moinetın müştəriləri Thomas Jefferson, James Monroe ve Napoleon Bonapart kimi məşhurlardan ibarətdir. Bu saatın ən böyük özəlliyi isə günəş enerjisi ilə çalışmasıdır.

6. Breguet & Fils ( 4.6 milyon dollar)

Dünyanın ən bahalı saatları

18-ci əsrdən bəri Abraham-Louis Breguet saatları nə zaman auksiyonda iştirak edibsə hər kəs bu saatlara heyran qalıb. Dövrünün ən böyük insanları bu saatdan istifadə ediblər. Bu saatın müştəriləri arasında yenə də Napolyon Bonaparte və Çar Alexander I, Kral George III, Arthur Wellesley ve Kraliça Victoria kimi insanlar ön sırada yer alıblar.

5.Hublot Big Bang ( 5 milyon dollar)

Dünyanın ən bahalı saatları

Bu saat yaradılan zaman 100 karatlıq almazdan istifadə edilib. Dəyəri 5 milyon dolar olan bu saat bizim üçün çox baha görsənə bilər amma Beyonce üçün bəlkə də elə deyil. Beyonce bu saatı həyat yoldaşı Jay-Z üçün 43 yaşında ad günü hədiyyəsi kimi almışdı.

4. Patek Philippe ‘Calibre 89’ (6 milyon dollar)

Dünyanın ən bahalı saatları

Sadəcə bu deyil bu Patek Philippe saatlarının bir çoxu köhnə modellərdən ibarətdir. Bir saatda ola biləcək hərkəsin bildiyi özəlliklərdən əlavə bu saatda xəritə, termometr, günəşin doğuş və batışının göstəricisi, xronometr, gün, ay, il kimi təqvim özəllikləri yer alır. Bu saatın dizaynı və yaradılması düz 9 il çəkib.

3. Patek Philippe, Henry Graves (11 milyon dollar)

Dünyanın ən bahalı saatları

1925-ci ildə saat dəlisi və həm də bank işçisi olan Henry Graves Patek Philippedən bənzəri olmayan bir cib saatı yaradılmasını istədi. 8 il sonra saatın istehsalı bitdi. Patek Philippin indiyə kimi istehsal etdiyi saatlar içində bu saat funksional və keyfiyyətli olması ilə fərqlənir.

2. Chopard 201-karat (25 milyon dollar)

Dünyanın ən bahalı saatları

Siyahının ikinci sırasında yer alan bu saat sanki bir uşaq tərəfindən yaradılıb. Bu bahalı saatın istehsalında 201 karat almazdan istifadə edilib. 15 ədəd çəhrayı almaz da həmçinin saatın örtüyündədir. Saatın mexanizmi isə yüksək keyfiyyətlidir.

1. Breguet Grande Complication (30 milyon dollar)

Dünyanın ən bahalı saatları

Breguet 1782-1783-ci illərdə bu saatı yaratmağa başladı və saat 1827-ci ildə oğlu tərəfindən tamamlandı. Saat istehsalçıları 2005-ci ildə bu saatın bir kopyasını düzəltmək üçün işə başladılar. Originalı 45 ilə tamamlanan saatın kopyası isə 3 il ərzində satışa hazır idi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...