Əsas səhifə Biznes Dünyanın ən bahalı restoranları

Dünyanın ən bahalı restoranları

2849
Paylaş
restoran

Dünyanın ən bahalı restoranları siyahıya alındı. Bu restoranlarda yerlər əvvəlcədən rezerv olunsa da, yer tapmaq çox çətin olur.

Buyurun bir nəfərlik axşam yeməyi üçün yüzlərlə dolların xərclənəcəyi həmin restoranlarla tanış olun:

Alain Ducasse

Londondakı restoranda bir axşam yeməyinin adambaşına düşən xərci 300 dolları aşır.

Ithaa Dənizaltı Restoranı 

 

Maldiv adalarında yerləşən dənizaltı restoranda bir axşam yeməyinin adam başına düşən xərci 320 dollara yaxındır.

Le Meurice

Parisin ən məşhur restoranlarından olan Le Meurice-də, bir adamın axşam yeməyinə ödədiyi məbləğ 524 dollara yaxındır.

Masa 

New Yorkun ən məşhur restoranlarından olan Masa-da bir adamın axşam yeməyi xərci 450 dollara yaxındır.

Per Se 

New Yorkda yerləşən restoranın əvvəlcədən rezervlə yerləri əldə olunan masalarından birində bir nəfərin axşam yeməyi üçün, orta   hesabla 310 dollar ödəməsi lazımdır.

Aragawa 

Tokionun tanınan restoranlarından olan Aragawa-da, bir nəfərin axşam yeməyi üçün ödədiyi məbləğ 284 dollar ilə 341 dollar arasında dəyişir.

Kitcho

Yaponiyada yerləşən restoranda ən bahalı yeməyin qiyməti  600 dollardır. Buna görə də axşam yeməyinin ümumi xərci yüzlərlə dollara çata bilir.

Dünyanın ən bahalı 10 oteli

©banco.az