Əsas səhifə Biznes İş qadını Dünyanın ən bahalı hamburgeri 2 min dollara satılır

Dünyanın ən bahalı hamburgeri 2 min dollara satılır

891
Paylaş

Hamburger bir çox insanın ən sevdiyi fast-food qidalarından hesab edilir və fərqli tərzlərdə hazırlanır. Bu aşbazın hazırladığı hamburger isə ən bahalı olması ilə diqqət çəkir.

Hollandiyanın Hague bölgəsində fəaliyyət göstərən bir restoranda Diego Buik adlı aşbaz tərəfindən hazırlanan hamburger Guiness Rekordlar kitabında dünyanın ən bahalı hamburgeri kimi qeyd edilib. Qiyməti 2 min dollara yaxındır.

Wagyu və qara angus ətlərinin qarışığından hazırlanan hamburgerin tərkibinə xərçəng əti də qatılır. Bundan əlavə qaz ciyəri və ağ göbələk də əlavə edilir. Sousu isə Madaqaskar vanili, zəfəranlı və yapon soya sousundan ibarətdir.