Əsas səhifə Biznes sahələri Avtomobil Dünyanın ən bahalı avtomobili Bakıya gətirildi

Dünyanın ən bahalı avtomobili Bakıya gətirildi

129
Paylaş
Rolls-Royce Sweptail
Rolls-Royce Sweptail

Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır. 

Bu barədə Feysbuk sosial şəbəkəsində “Cars in Baku” səhifəsi məlumat verib.

12 milyon 800 min dollar qiyməti olan “Rolls-Royce Sweptail” paytaxtımıza tranzit olaraq gətirilib.

Çinli iş adamına məxsus avtomobil hazırda “Baku Cargo Terminal”ında saxlanılır.

Avtomobil sözügedən şəxs üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun avtomobil kolleksioneri olduğu deyilir.