Əsas səhifə Biznes Dünyanın ən bahalı 10 evi

Dünyanın ən bahalı 10 evi

1656
ən bahalı ev

Forbes.com jurnalı dünyanın ən bahalı evlərini sıralayıb.

10. Uptown Court (139 milyon dollar)

İngiltərədə yerləşən bu ev 103 otaq, 5 hovuz, 2 talvar mənzil, 1 vertolyot meydançası, 50 nəfərlik kino salonu, tennis kortları, 8 genişləndirilmiş limuzin saxlayacaq böyük mərmər bir qaraja sahibdir. 58 hektarlıq bir əraziyə sahib olan bu mülkün, şərab zirzəmisi və qorxu otağı da var.

9. The Manor (150 milyon dollar)

Kaliforniyada yerləşən bu evdə 123 yataq otağı, tennis kortları, hovuzlar, kino salonu, gözəllik salonu var. Bu ev əfsanəvi televiziya prodüseri Aaron Spelling və məşhur iş admının qızı Bernie Ecclestone üçün inşa edilib. 100 avtomobil həcminə sahib olan avtoparkı da mövcuddur.

8. Pinnacle (155 milyon dollar)

Şəkildə kiçik bir yer kimi görünə bilər amma bu evin dəyəri o qədər də kiçik deyil. Bağlı və açıq hovuzlar sahib olan bu evdən xizək üçün çox uzağa getməyinizə də ehtiyac yoxdur. Xüsusi bir yol sizi xizək sürmək üçün ayrılmış yerə aparır. Pioneer dağının möhtəşəm mənzərəsinə sahib olan bu ev dünyanın ən bahalı evlərindən biri sayılır.

7.Franchuk Villa (161 milyon dollar)

Londonun onsuz da bahalı bir yer olduğu məlumdur. Londonda yerləşən bu ən bahalı ev Bu mülkiyyət ev olmamışdan qabaq qızların hazırlıq məktəbi kimi istifadə edilirdi. 10 otaqlı Viktoryan tərzi əmlak, 5 mərtəbəli bir evdir. 1 qorxu otağına, kino salonuna, idman salonuna, bağlı üzmə hovuzuna sahibdir. Ev öz dəyəri ilə bərabər həm də içində olan əntiq və sənət əsərləri ilə də məşhurdur.

6.The Hearst Mansion (165 milyon dollar)

Kaliforniyada yerləşən bu evin içində həm də diskoteka yerləşir. 29 yataq otağına, 3 üzmə hovuzuna, bir kino salonuna sahibdir. Bu ev sizə Godfather filmindən tanış gələ bilər. Həmçinin Con Kennedinin də illər əvvəl burada bal ayı etdiyi məlumdur. Burada bir çox məşhur qısa bir müddət qalmaq üçün yüzlərlə dollar ödəmək məcburiyyətindədir.

5.Fairfield Pond (220 milyon dollar)

ən bahalı ev

New Yorkda yerləşən bu mülk 63 hektarlıq bir ərazidə və junk bond kimi tanınan iş adamı Leon Rennetə məxsusdur. 150 min dollarlıq jakkuziyə, bowling salonuna, basketbol meydançasına, 39 duşa və 29 yataq otağına sahibdir.

4.Penthouse D, One Hyde Park (225 milyon dollar)

Daşınmaz əmlak alan zaman təhlükəsizliyə əhəmiyyət verirsinizsə bu ev əsl sizə görədir. Amma bunun üçün 225 milyon dollarınız olmalıdır. Pəncərələri güllə keçirməz şüşədən olan bu mülkün qorxu otağı və göz brauzerləri var. Penthouse paytaxtın ən qiymətli mülklərindən biridir. 2 mərtəbəli və 6 yataq otağı olan bu mülkdə oyun meydançası da mövcuddur.

3.Villa Leopolda (750 milyon dollar)

ən bahalı ev

Bu yerin harda olduğu tam olaraq bilinməsə də French Rivierasına baxan möhtəşəm mənzərəli 20 hektarlıq bir ərazi olduğu bilinir. Brooklyn Nets sahibi Mixail Prokhorov bu mülkün indiki sahibidir. 50 mütəxəssis bağbanın işlədiyi bağçalara sahibdir. Böyük – kiçik üzmə hovuzları, 11 yataq otağı, 14 duş, idman kortları və bowling salonu mövcuddur.

2. Ağ ev (321 milyon dollar)

ən bahalı ev

Amerika prezidentlərinin iqamətgahı sayılan bu evdə 16 yataq otağı və 35 vanna var. Bildiyiniz kimi Ağ Ev Amerika Birləşmiş Ştatları başçılarının Vaşinqtonda yaşadıqları rəsmi yerdir. 1792-ci ildə istehsalına başlanan bu ev 1800-ci ildə başa çatıb. Amerikanın ilk prezidenti olan Corc Vaşinqton paytaxtın yerinin müəyyən olması üçün bir plan çəkdirdi amma bu plan həyata keçmədən 1799-cu ildə öldü. Ölümündən tam 1 il sonra bura istifadəyə verildi və bütün divarlar ağ rəngə boyandı.

1.Antilia (1 milyard dollar)

ən bahalı ev

Forbesə görə və əslində bütün dünyaya görə ən bahalı ev Mumbayda yerləşən Mukesh Ambaninin evi sayılır. Asiyanın ən zəngin ve dünyanın da ən zəngin 19-cu insanı olan Mukesh Ambani bu ev üçün sərvətinin 5%-i xərcləyib. 27 mərtəbəli bu ev Rixter şkalasına görə 8 bal gücündəki zəlzələlərə də dayanıqlı inşa edilib.

Sizləri heyran edəcək 1 milyard dollara tikilən dünyanın ən bahalı evi