Əsas səhifə Xəbərlər Digər xəbərlər Dünyada kofe sürətlə bahalaşır – QİYMƏTLƏR

Dünyada kofe sürətlə bahalaşır – QİYMƏTLƏR

48

Son bir ayda dünya birjalarında kofenin qiyməti 25% artaraq bir funt üçün 0,93 dollardan 1,17 dollara yüksəlib. Təkcə son 2 ticarət günündə kofenin qiymətində 12% artım olub.

Bizplus.az xəbər verir ki, qiymət artımınn səbəbi kofeyə tələbatın artması fonunda istehsalının azalmasıdır. Beynəlxalq Kofe təşkilatının məlumatına görə, oktyabrda kofe dənələrinə tələbat 22% artaraq 12 milyon kisəyə çatıb.

Eyni zamanda kofe istehsalçıların ehtiyatları azalmaqdadır. Ən böyük problem Hondurasda (dünyanın 3-cü ən böyük kofe istehsalçısı) yaranıb. Regionda hava şəraiti kofe yığımlarına mane olur. «Maxar» şirkətinin məlumatına görə, kofe ilə bağlı problemlər Braziliya və Peruda da müşahidə edilir. Nəticədə treyderlər qiymətlərin artacağından narahat olaraq daha çox kofe almağa başlayıblar, bu da qiymətləri daha da artırır.

Paralel olaraq dünyada kofeyə tələbat da artmaqdadır. Hesabatlar göstərir ki, Asiya Sakit Okean hövzəsində kofe istehlakı 3%, Şimali Amerikada daha 2% artacaq. İstehsal isə əksinə, 2,5-3,5 azalaraq 2015-ci ildəki həddə düşəcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here