Böyük Britaniyada elektrikli velosiped yaradılıb, bunun köməyilə kriptovalyutalar qazanmaq mümkündür
Kriptovalyuta qazanmaq funksiyası ilə dünyanın ilk velosipedi təqdim olundu. Şəkil: My Cycling Challenge
İngilis şirkəti 50Cycles kriptovalyuta hasil edə biləcək dünyanın ilk elektrikli velosipedini təqdim etdi.
Toba adlı elektrikli velosiped, hər 1600 km üçün brendlərə loyallığı artırmaq üçün LoyalCoin (LYL) tokenilə £20 və ya $26,50 həcmində mükafatı təqdim edəcək.
Mayninqin nəzarəti smartfona quraşdırılmış xüsusi proqramla həyata keçirilir və sikkələrin sahiblik hüququnu təsdiq edən xüsusi açarlar cihazın özündə saxlanılır.
Bu sadəcə yeni növ elektrikli velosiped deyil, istifadəçilərə mükafat verəcək ilk tokenləşdirilmiş məhsul olacaqdır.
Skott Sneyt
50Cycles-in təsisçisi və CEO-su
Onun sözlərinə görə, pedalla işə düşən kriptovalyuta maynerinin yaradılması şirkətin yeni texnologiyalarla işləmək təşəbbüsünü təsdiq edir.
Şirkətimiz həmişə bir addım qabaqda olmaq istəyib. 15 il əvvəl Tokioda elektrik velosipedlərin potensialını gördüyümüz kimi, bu gün də biz blokcheyn texnologiyasında, kriptovalyutada və tokenləşdirilmiş məhsullarda da böyük perspektivlər görürük.
Skott Sneyt
50Cycles-in təsisçisi və CEO-su
50Cycles-də qeyd etdilər ki, bu mərhələdə şirkət İsveçrənin Çuq şəhərinin əsas startapı olan Loyaltycoinlə əməkdaşlıq edir, lakin gələcəkdə Toba elektrik velosipedlərinin rəqəmsal aktivlərin böyük bir ailəsinə qatılacaq öz tokeni olacaq. LYL-nin tokenləri hal- hazırda yalnız bir birjada satılır- bu da Cryptopia-dır.
Bazarlarda bu velosipedlərin ilk partiyası bu payız mövcud olacağı gözlənilir, lakin onları ucuz adlandırmaq olmaz: ən ucuz modeli £1695 ($2250) başa gələcək.
PAYSPACE MAGAZİN-İN MƏLUMATI
Məlumat verildiyi kimi, Western Union kriptovalyutayla işləmək imkanını açıqladı. Şirkətdə qeyd olunduğu kimi, bütün bunlar istehlakçı tələbatından asılıdır.
Forklog.com-a əsaslanaraq