8-11 yanvar tarixlərində Las-Veqasda keçiriləcək “CES 2019” sərgisində “Royole” startapı “FlexPai” adlı bükülən smartfonunu nümayiş etdirib.
“Bizplus.az” “Ferra.ru” saytına istinadən yazır ki, “The Verge” nəşrinin jurnalisti smartfonun işləməsini bəyənməyib. O, çoxlu sayda işləməyən proqramdan ibarət olan dəhşətli proqram təminatını qeyd edib. Smartfon açılıb-bağlandıqda ləng işləyir və donur, ekranda qəribə qaralma və rəngli zolaqlar peyda olur. Həmçinin jurnalist kameranın bərbad işləməsini tənqid edib.
Bununla belə, bu aparat dünyada ilk elastik smartfondur və Çində 1320 dollara satılır.
“Royole FlexPai” smartfonu 308 ppi sıxlıq,1920 x 1440 piksel təsvir ölçülü 7.8 düymlük OLED displey, “Qualcomm Snapdragon 855” prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128 və ya 256 QB-lıq daxili fləş yaddaş, 16 və 20 meqapiksellik kameralar, 3800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.