Dünyada ilk dəfə insan orqanını əməliyyata dron çatdırdı

Date:

Paylaş:

Merilend Universitetinin tədqiqatçıları dünyada ilk dəfə insan orqanının çatdırılması üçün pilotsuz uçan aparatdan istifadə ediblər.

Dron donor böyrəyini aprelin 19-da Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz çatdırıldıqdan sonra həkimlər onu 8 il əməliyyat gözləyən 44 yaşlı xəstəyə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın aprelin 15-də xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təminində böyük əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və yubanmalarla əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

https://youtu.be/RNYCCbCpAlM

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...