Əsas səhifə Biznes sahələri Texnologiya Dünyada ilk dəfə cərrah həkim robot vasitəsilə uzaq məsafədən ürək əməliyyatı keçirtdi

Dünyada ilk dəfə cərrah həkim robot vasitəsilə uzaq məsafədən ürək əməliyyatı keçirtdi

77
Paylaş

Müasir tibbi təchizatlar mütəxəssis həkimin əməliyyat otağında olmaması halında da qəliz əməliyyat proseslərin yerinə yetirilməsini mümkün edir. Hindistanlı cərrah isə dünyada ilk dəfə olaraq xəstədən 32 km uzaqlıqda olmaqla onun ürəyində qəliz əməliyyatı reallaşdırıb. Bu barədə Interestingengineering.com saytı xəbər verib. Hindistanlı cərrah həkim Tejas Patel daha öncədən Corindus Vascular Robotics şirkətinin istehsalı olan CorPath GRX adlı cərrah robotu test etmişdi.

Lakin həmin test çərçivəsində Tejas Patel robotun olduğu əməliyyat otağında yox qonşu otaqda yerləşmişdi. Daha sonra sözügedən robota uzaqdan idarəetmə pultu əlavə olundu. Bunun vsitəsilə real həkim həmin robotu 32 km uzaqlıqda belə idarə etməyə başladı. Xəstənin ürəyinin qan damarına stentin yerləşdirilməsi üzrə keçirilmiş əməliyyat zamanı əməliyyat otağında iki nəfər mütəxəssis olub.

Onlar ani yarana biləcək problemi aradan qaldırmaq üçün əməliyyat otağında olublar. Lakin nəticədə əməliyyat uğurlu şəkildə keçib və əməliyyat otağındakı iki nəfərin köməyinə ehtiyac qalmayıb. Cərrah robotun yaradıcısı olan Corindus Vascular Robotics şirkəti gələcəkdə uzaqdan idarəetmə vasitəsilə reallaşdırılan tibbi əməliyyat praktikasını bütün dünyada yaymağı planlaşdırır.