Volkswagen elmi araşdırmalara görə 13,7 milyard avro xərc çəkib

1
915

2017-ci ilin dekabr ayında Avropa Komissiyası hesabatında dünyada hansı şirkətin elmi tədqiqat, təcrübə sınaq və layihələndirmə işlərinə(Research and Development-R&D) daha çox investisiya yatıran şirkətlərin adlarını açıqlamışdır.

Reytinqdə 2500 şirkər təmsil olunmuşdur və dünyada araşdırma və elmi tədqiqata(R&D) ən çox büdcə ayıran şirkətin Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” olduğu məlum olmuşdur. Volkswagen innovativ məhsulların öz maşınlarında tətbiqi üçün büdcəsindən 13,7 milyard avro vəsait xərcləmişdir.Reytinqə ikinci yeri 12.9 milyard avro ilə Google şirkəti tutduğu halda ilk üçlüyü(TOP 3) 12,4 milyard avro büdcə ilə Microsoft tamamlamışdır. 4-cü yerə aktivinə 12,2 milyard avro yazdıran Samsung Electronics şirkəti olmuşdur.

TOP 10-luğa İKT sektorunun təmsilçiləri Çinin Huawei şirkəti(10,4 milyard avro) və Apple(9,5 milyard avro) şirkətləri daxil olmuşlar. Bu ilk onluğu İsveçrənin əczaçılıq sənayesində şöhrət qazanmış Novartis şirkəti tamamlamışdır.  Qonşu Rusiyanın Kamaz şirkəti 2260-cı yerdə bərqərar olmuşdur. Hesabatda Azərbaycanın heç bir şirkəti yer almamışdır.

©digitalazerbaijan.az

1 COMMENT