Dünyada biznes qurmaq üçün ən güvənli ölkələr

Date:

Paylaş:

Qlobal miqyasda biznesə atılmaq tamamı ilə fərqli bir macəradır. Doğma vətəndə alışdığınız xidmətlər, şəffaflıq və gözləntilər, dünyadakı bəzi marketlərdə mövcud olmaya bilər. Hansı xarici məskəndə biznesə başlamaq isə uzunmüddətli gələcəyə hesablanmış və risklərdən yayınmaqla bağlı verilən çətin bir qərardır.

Bütün bunları beynimizin bir küncünə yazaraq, hansı ölkənin biznes sövdələri və əməliyyatları üçün daha ədalətli, münbit və səmərəli  ortam təklif etdiyini araşdırırıq.  Mərkəzi qərərgahı Rhode Island-da yerləşən, 180 yaşlı kommersiya və sənayə səhəsində çalışan  FM Global sığorta şirkəti tərəfindən aparılan təhlil məhz bu sualı cavablandırır. Sözü gedən sığorta şirkəti, ən müxtəlif amillər əsasında ölkələrin risk qiymətləndirilməsini həyata keçirir və bu meyarlara əsasən həmin ölkənin biznes üçün nə qədər əlverli və ya əlverişsi olduğunu müəyyən edir.

Son dörd ildir ki, “Dünyada biznes qurmaq üçün ən güvənli ölkələr”in siyahısına İsveçrə başçılıq edir. Neytral mövqe və siyasi stabillik ənənəsini qoruyan İsveçrə, möhkəm infrastruktura malik, həmçinin korrpupsiyadan azaddır, FM araşdırmasında qeyd edir.

İkinci yerdə biz Lüksemburqa rast gəlirik, Almaniya, Belçika və Fransa arasında özünə yer etmiş kiçik bir ölkə. FM bu tədqiqatı həyata keçirdiyi dövrdən bəri o, hər dəfə ilk onluqda yer alır.  Ötən illər ərzində ölkənin nəticələrinə nəzər salsaq, Lüksemburq 2013-cü ildəki səkkizinci yerindən inamlı addımlara reytinqin yuxarısına doğru irəliləyib. FM-ın vurğuladığı daha bir məqam isə ölkənin getdikcə neftən asılılığın azalması və daha biznes yönümlü islahatların tətbiqidir.

banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...