Əsas səhifə Biznes Analitika Dünyada Bil Qeytsdən daha varlı adam varmı? – SİYAHI

Dünyada Bil Qeytsdən daha varlı adam varmı? – SİYAHI

103

Dünyanın ən zəngin adamları həmişə diqqət mərkəzində olublar. Bu vaxta qədər Bil Qeyts dünyanın ən zəngin insanı kimi tanınırdı. “Forbes” jurnalı hər il dünyanın ən zəngin insanlarının siyahısını tərtib edir və Bil Qeyts bu siyahıya başçılıq edir. Amma nəzərə alsaq ki, bəzi şəxslər gizliliyi təmin etmək üçün öz sərvətlərini açıqlamırlar, “Forbes” jurnalı da sərvətlərini rəsmi şəkildə elan etməyən şəxsləri öz siyahısına salmayıb. Bizplus.az olaraq sərvətini gizli saxlayan, amma əslində Bil Qeytsdən daha zəngin olan 10 insanın adını açıqlayırıq:

Bizplus.az Ted.az-a istinadən bildirir ki, Bil Qeytsdən daha zəngin olan 10-cu şəxs 170 milyard dollarlıq sərvətə malik olan Şimali Koreya lideri Kim Jong-Undur. Şimali Koreya xalqı səfalət və aclıq içində yaşasa da, lideri dünyanın ən zəngin insanlarından biridir. Buna görə də o, sərvətini hamıdan, xüsusilə də öz xalqından gizlətməyə çalışır. İsveç banklarındakı hesablarında 5 milyard dollar sərvəti olan Kim Jong və ailəsinin şəxsi malikanələri, qolf sahəsi, atçılıq yarış mərkəzləri və yüzlərlə başqa əmlakının olduğu məlumdur.

Rothschildler ailəsi 2 trilyon dollar sərvəti ilə 9-cu yerdədir. Bu ailənin üzvlərinin çoxu Bil Qeytsdən daha zəngindir. Ailənin keçmişdə baş verən bir çox tarixi hadisələrlə əlaqəsi olduğu deyilir. Buna görə də “Forbes” jurnalı onların adını açıqlamır. Ailənin üzvlərinin, demək olar ki, bütün dünya ölkələrinin siyasi hadisələrində iştirak payı var.

Liviyanın qəddar lideri kimi yaddaşlarda qalan Müəmmar Qəddafi ölmədən öncə 180 milyard dollarlıq bir sərvətə sahib idi. Sərvətin bir hissəsi daş-qaşdan, bir hissəsi nağd puldan, qalan hissəsi isə daşınmaz əmlakdan ibarət idi. Qəddafi İtaliyada, İspaniyada, Amerikada və İngiltərədə fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdə hissə payına sahib idi. 2009-cu ildə Londonda satın aldığı kompleksin qiyməti nə az, nə çox – tam 140 milyon dollar idi. İngiltərədə 100 milyon dollarlıq başqa bir kompleksi də vardı. Hazırda sərvətinin bir hissəsi ailəsinin, bir hissəsi isə Liviya dövlətinin əlindədir. Qalan hissənin kimdə olması haqqında məlumat yoxdur.

Səudiyyə Kral ailəsi 2 trilyon dollar sərvətə sahibdir. Bu ailə Səudiyyə Ərəbistanını idarə etməklə yanaşı, Şərqin neft biznesinin böyük bir hissəsini də əlində saxlayır. Ailə sərvətini nə qədər gizlətməyə çalışsa da, sahib olduğu malikanələr və lüks avtomobillər, onların kifayət  qədər zəngin olduğunu büruzə verir.

Son dövrlərin ən çox müzakirə olunan liderlərindən biri olan Bəşər Əsədin 122 milyard dollar sərvəti olduğu deyilir. O, hamını sadəcə 1,5 milyard dollar sərvəti olduğuna inandırmağa çalışsa da, Panama kimi ölkələrin bank hesablarında külli miqdarda pul saxladığı məlumdur. Ölkə iqtisadiyyatının 70%-ni ələ keçirən Əsəd ailəsi bu sərvəti əlindən çıxarmamaq üçün hər şeyə hazırdır.

Kolumbiyada müəllim ailəsində anadan olan Pablo Eskobar 155 milyard dollarlıq sərvəti ilə siyahının 5-ci pilləsində dayanır. İlk cinayətini maşın oğurluğu ilə başlayan Eskobar narkotik maddə ticarətinin 90%-ni ələ keçirmişdi. Oğlunun verdiyi məlumata görə, bir dəfə o, qızını üşüməyə qoymamaq üçün 2 milyon dollar yandırmışdı. Bir zamanlar dünyanın ən zəngin adamı hesab edilən Eskobarın çox sayda təyyarəsi, gəmiləri, malikanələri, özəl adası, hətta şəxsi zooprakı var idi.

Hakimiyyətdə olduğu dövrdə “sevilməyən lider” titulu qazanmış Hüsnü Mübarəkin 70 milyard sərvəti var. Keçmiş liderin ölkəsindəki “Vodafone”, “Hyundai”, “Skoda” kimi şirkətlərdə də hissə payı var idi.  Bəzi mənbələrdə isə Hüsnü Mübarək və ailəsinin sərvəti 100 milyard dollar olaraq qiymətləndirilir.

Yenə bir Orta Şərq siyasətçisi. Yəmən respubliksının keçmiş prezidenti Ali Abdullah Salih ölkəyə başçılıq etdiyi 33 il ərzində 126 milyard dollarlıq bir sərvət toplaya bilib. Qeyd edək ki, bu məbləğ ölkənin illik büdcəsinin 5 qatını təşkil edir.

Vladimir Putin “Forbes”in ən zənginləri sırasında yer almasa da, dünyanın ən güclü adamı seçilmişdi. Rusiya prezidentinin 200 milyard dollar sərvəti olduğu hesab edilir. Milyon dollarlıq saat kolleksiyası, motorlu qayıqlar və malikanələri olan Putin sadəcə 2 milyard dollar sərvəti olduğunu desə də, buna inananlar çox azdır.

Bu vaxta qədər dünyada yaşamış ən zəngin adam Mali kralı Mansa Musa olub. Kralın sərvəti 400 trilyon dollar dəyərində qiymətləndirilir. 14-cü əsrdə yaşamış Mali kralı sərvətinin çox hissəsini elmin inkişafına və xeyriyyə işlərinə xərcləyib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here