Dünyada bazar dəyəri 800 milyard dolları keçən ilk şirkət Apple oldu

Date:

Paylaş:

ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 800 milyard dolların üzərinə çıxaraq rekord qırıb.

Səhminin dəyəri bazar ertəsi günü 3%-dən çox artım qeyd edən Apple, dünya üzrə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub.

Dünyanın ən böyük bazar dəyərinə malik Apple-ın səhminin qiyməti ötən cümə günü 148.96 dollardan bağlamasının ardından bazar ertəsi günü 3.2 faiz yüksələrək 153.70 dollara qədər qalxıb.

Beləliklə, bu gün bazar dəyəri 815.08 milyard dollar olan Apple, tarixdə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub.

Apple-ın bu ilin ilk rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz artaraq 52.9 milyard dollar olmuşdu. Şirkətin xalis mənfəəti də həmin dövrdə 4.8 faiz artaraq 11 milyard dollara qalxmışdı.

Apple, ABŞ şirkətləri arasında bu ilin yanvar-mart dövründə ən böyük xalis mənfəət əldə edən şirkət olmuşdu.

©Marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...