Sürətli avtomagistrallar – hər ölkənin inkişafının əsas faktorlarından biridir. Bu əsasən böyük ərazili ölkələrə aiddir.
Məhz buna görə də belə ölkələrin hakimiyyət orqanları ölkənin bütün regionlarını bir-biri ilə əlaqələndirən magistral yollar salmağa çalışırlar.
Aşağıda biz dünyanın ən uzun yollarından danışacağıq.
- BR-153, Braziliya
BR-153 və ya Transbraziliya avtomagistralı Braziliyanın demək olar ki, şimaldan ( Maraba şəhəri, Para ştatı) cənuba ( Braziliyanın Uruqvayla sərhədi) doğru bütün ərazisindən keçir. Yolun uzunluğu 4,355 km – dir.
- National Highway 44 ,Hindistan
Avtomagistral 44 Hindistanın şimalı ilə cənubunu ayıran ən uzun yoludur.
Yol şimaldan Srinaqar şəhərindən başlayıb cənubda Kanyakumari ilə bitir.
- Route 20, ABŞ
ABŞ-ın ən uzun yolu U. S. Route 20 və ya sadəcə US20 adlanan yoludur. O Sakit okean sahillərindən 800 km aralıda yerləşən Oreqon ştatının Nyuport şəhərindən başlayıb Bostonun Kenmor meydanında qutarır.
Bu yol 12 ştatdan, Oreqonun yaşıl meşələrindən, çöllərdən, dağlardan, təpələrdən, sahələrdən və meşələrdən, Niaqara şəlaləsinin yaxınlığından keçir, Çikaqonu əhatə edir, lakin əsas səyahət Yellouston parkının payına düşür.
- National Highway G010, Çin
Avtoyollar şəbəkəsinin ümumi uzunluğuna görə Çin dünyada ABŞ-dan sonra ikinci yeri tutur.
Əsas National Highway 010 avtoyolunun uzunluğu 5700 km-dir.
Yol ölkənin kontinental ərazisinin şimal-şərqində başlayıb Xaynan adasında qurtarır.
- Trans- Canada Highway, Kanada
Trans-Canada Highway magistralı ( həmçinin frankofonlara Route Transcanadienne kimi məlum olan) ölkənin simvolu hesab oluna bilər: Kanadanın “Dənizdən dənizə” devizi elə bu system haqqındadır. Maraqlısı ondadır ki, əgər sizin Transkanada şossesindən yolunuz düşsə, siz iki istiqamətdən birini – cənub ya da şimal-ı seşməli olacaqsınız.
Birinci marşrutun yolu Viktoriya şəhərindəki Duqlas-strit и Dallas-road küçələrinin kəsişməsindən başlayıb Vankuver adasında bitir. Şimal marşrutu Yellouxed şossesidir,150 mil şimalda yerləşən Qreyam adasından başlayır. Hər iki halda sizə qitəyə çatmaq üçün Sakit okeanı keçmək lazım gələcək.
- Trannsibir şossesi, Rusiya
Rəsmi xəritələrdə belə avtomobil yolları demək olar ki mövcud deyil.
Lakin Baltikadan Yapon dənizinə kimi olan bir neçə magistral yolu birləşdirsək, tək bir 11 min km.-lik federal yol olar.
- Highway 1, Avstraliya
Digərlərindən fərqli olaraq, bu yol qitədən keçmir, onun əhatəsi bütün Avstraliya sahillərindən ibarətdir.
Sistemin ayrıca bir hissəsi Tasmaniya adasını kəsir – Highway 1 (Tasmania) adanın cənubundakı Xobart şəhərindən keçib onun şimal sahilinə gedir.
Hal-hazırda Highway 1 magistralını təşkil edən yollar müxtəlif vaxtlarda salınıblar , lakin 1955 – ci ildə, Avstraliyada yeni avtomatlaşdırılmış nömrələndirmə sistemi işə başlayanda onlar bir ad altında birləşiblər.
Bu yolun qitə sahəsi ölkənin Paytaxt ərazisndən başqa bütün ştatlarını və bölgələrini birləşdirir, əksər iqlim zonalarından keçir və Avstraliyanın əsas nəqliyyat yolu kimi bilinir: gün ərzində milyondan çox avtomobil bu yoldan istifadə edir ( Avstraliyanın özündə 24 milyona yaxın əhali yaşayır).
1 . Panamerika şossesi, bəzi ölkələr
Ginnesin rekordlar kitabına salınan dünyanın ən uzun avtomagistralı. Yolun uzunluğu 48 min km. dir, 15 olkənin ərazisindən keçir.
Panamerikan şossessinin tikintisinə 1889-cu ildə başlanıb.
Qeyd etmək olar ki,ABŞ və Kanadanın rəsmi xəritələrində “Panamerikan şossesi” adlı yol yoxdur, hərçənd ki, yol bu ölkələrin ərazisindən keçir.