İşəgötürənlər arasında ən çox tələb mühəndislərədir. Kanadada,ABŞ-da, Almaniyada, İspaniyada, Çilidə, Yeni Zellandiyada mütəxəssislər axtarırlar. Ukraynada onların sayı azdır.
Mühəndislərə müxtəlif sahələrdə tələb var. Belə ki, inşaatçı-mühəndislər avtomobil və dəmiryollarına, körpülərə, su təchizatı və enerji mənbələrinə cavabdehdirlər. Mexanik-mühəndislər mühərriklərin, maşınların və alətlərin sınaqdan keçirilməsi, hazırlanması və layihələndirilməsi işinə baxırlar. Mütəxəssislər istehsal, dövlət və elmi-araşdırma sahələrində çalışırlar. Müasir elektron cihazları mühəndis-elektroniklər hazırlayırlar.
Bundan başqa proqramçılara, proqram təminatı işçilərinə, veb-dizaynerlərə də tələb çoxdur.Hal-hazırda yeni proqramlar və saytlar işləyib hazırlaya bilən mütəxəssislərə tələb böyükdür.
Bundan başqa, Big Data analitikləri də çox axtarılır. Mütəxəssislər araşdırmaların nəticələrini, bzar tendensiyalarını, müştəri seçimlərini öyrənir və analiz edirlər. Ardınca isə biznes-qərarlar, şirkətin nüfuzunun necə artırılması üzərində işləyirlər. Əsasən, elm və araşdırma müəssisələrində, dövlət strukturlarında, banklarda, səhiyyədə, sığorta biznesində, iqtisadi fəaliyyət sahəsində işləyirlər.
Ənənəvi olaraq həkimlərə – stomatoloqlara, anestezioloqlara, dietoloqlara, immunoloqlara, plastik cərrahlara və əczaçılara da tələbat vardır. Xaricdə onlar ən çox qazanan mütəxəssislər hesab olunurlar. Son 5 ildə, bütün növ xəstəliklərdən bilikli olan ümumi təcrübəli həkimlərə ehtiyac böyükdür.
Bazarı və istehlakçıların tələblərini araşdırmaq, biznes-plan hazırlamaq üçünsə şirkətlər marketoloq tuturlar.
Son zamanlar kriptotacirlər və blokçeyn-texnologiya işçiləri daha çox axtarılır. Çunki kriptovalyutaya investisiya çox geniş yayılıb. Pensilvaniya, Nyu-York və San-Paul universitetləri artıq bu sahədə diplomlu mütəxəssislər hazırlayırlar.