Dünyada ən çox fotolar çəkilən şəhərlər

Date:

Paylaş:

“Huawei” şirkətinin mütəxəssisləri tədqiqatların gedişatında bütün dünyada turistlərin fotoları üçün ən məşhur yerləri aydınlaşdırıblar.

Bu barədə  “Bizplus.az” “Report”-un  “Turizm”ə istinadən yaydığı xəbərdə bildirir.

Ekspertlər sosial şəbəkələrdə 1,3 milyon fotonu təhlil edərək aydınlaşdırıblar ki, siyahıda birinci yerdə Kolombo şəhəri qərarlaşıb. Səyahətçilər ən çox Şri-Lankanın bu şəhərində foto çəkdirirlər. Ölkənin ən böyük şəhəri öz arxitekturasının görməli yerləri ilə məşhurdur.

Siyahıda Kolombodan sonra Yaponiyanın İokohama və Uqandanın qorillalarla dolu Milli Parkının yerləşdiyi Mqaxinqa şəhərləri qərarlaşıb. İlk beşliyi Almaniyada Baden-Baden və Puerto-Rikoda Qoca San-Xuan əraziləri yekunlaşdırır.

İlk onluğa həmçinin Zimbabvedəki Viktoriya şəlaləsi, Pakistanda Kartarpur regionu, İordaniyada həmçinin “Ay vadisi” kimi məşhur olan Vadi-Ram səhrası və Alyaskadakı Buzlu Boğaz burnu, Şotlandiyada landşaftını əsasən dağlar, qumlu çimərliklər, göllər və qoruqlar təşkil edən Harris adası daxildir.

Daha əvvəl bildirilib ki, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yeni vergi tətbiq olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...