ABŞ-ın “General Electric” korporasiyasının əfsanəvi prezidenti və keçmiş baş direktoru (CEO) Cek Velk 84 yaşında vəfat edib.
Bu barədə C.Velkin həyat yoldaşı məlumat verib.
Onun sözlərinə görə, “General Electric”i dünyanın ən bahalı şirkətinə çevirmiş keçmiş CEO böyrək çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, C.Velik şirkətə rəhbərlik etdiyi 1981-2001-ci illər ərzində onun bazar dəyərini 4 000% artırıb. O, 2001-ci ildə təqaüdə çıxdığı vaxt iş dünyası tarixində ən böyük ödənişi – 417 milyon dollar təzminat alıb.