Dünyada ən gənc milyarderi öz avtomobili ilə lovğalanır

Date:

Paylaş:

Dünyada ən gənc milyarderi və eyni adlı kosmetika firmasının rəhbəri Kayli Cenner “Instagram” hesabında özünün hekayələr bölümündə “Rolls-Royce Phantom” avtomobili ilə lovğalanıb.

Belə avtomobilin qiyməti 450 000 dollardır. (28 milyon rubldur).

Avtomobilin salonu qırmızı dəri və ulduzlu Starlight Headliner ilə yenilənib. Tavan isə gecə səmasını xatırladan kiçik lampalar ilə təchiz edilib. Belə tavanın qiyməti isə 12 000 dollardır. (750 min rubldur)

“Daili Mail” nəşri isə yazır ki, Cenner belə klassdan olan avtomobilini birinci dəfə deyil ki, nümayiş etdirir. Gənc model və biznesmen 2018-ci ilin qışında onun adı ilə və parlaq tavan ilə bəzədilən mavi Royce Wraith avtomobilinin fotosunu bölüşmüşdü. Bu isə onun Rolls Royce avtomobil markasından etdiyi ilk sifariş idi, amma bildirək ki, bu avtomobil onun kolleksiyasında birinci deyildi.

Cenner, həmçinin Rolls Royce Wraith Black Badge, Mercedes-Benz G-class, McLaren və narıncı Lamborghini Aventadorun da sahibidir. Sonuncu avtomobilin qiyməti isə, nə az nə çox 28 milyon dollar idi (88 milyon rubl). Bunu isə onun sevgilisi Trevis Skot hədiyyə etmişdi.

Qeyd edək ki, may ayında çıxan xəbərdə deyilirdi ki, Cennerin kosmetika firması tərəfindən buraxılan üz üçün “Walnut Face Scrub” (Üz skrabı) sağlamlıq üçün təhlükəlidir.

Məhsul ilə bağlı çəkilmiş reklam çarxında markanın sahibi incə və olduqca effektiv skrabı həftədə 3 dəfə istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, məhsul dərini ölü hüceyrələrdən təmizləyir.

Ancaq dermatoloqlar isə Cenner markasının pərəstişkarlarını xəbərdarlıq edirdi ki, kosmetik məhsulun tərkibində qoz daxildir və məhsuldan istifadə etdikdə üzə ciddi ziyan vura bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...