Şou arenasından uzaqlaşan dünyaca məşhur müğənni Rihanna Parisdə özünə mağaza açıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı ifaçı alt paltarı markası olan “Fenty” vasitəsilə “LVMH Moët Hennessy Louis Vuitton” şirkəti ilə əməkdaşlıq edib.
Barbadoslu müğənninin açılış tədbirində “Balmain” brendinin yaradıcısı Olivier Rousteing də iştirak edib. Yığıncaq müddətində Rihanna kolleksiyasına aid olan hazır geyim, ayaqqabı, aksessuar və eynək məhsullarını tanıdıb.
“Bu, tarixi bir andır” deyən Rihanna Parisdə mağaza açmasını belə ifadə edib: “Mən və gələcək nəsil üçün möhtəşəm bir addımdır”.