Dünyaca məşhur iki şirkət Azərbaycandakı nümayəndəliyini bağlayıb

Date:

Paylaş:

“Mitsubishi Corporation” Xarici Hüquqi Şəxsin nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Kreditorlar iki ay ərzində tələblərini Səbail Rayonu, Səməd Vurğun küçəsi, 43-də yerləşən “World Business Center” ünvanına bildirə bilərlər.

Azərbaycanda qiymətli metal axtaran “Londex Resources S.A.” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

2006-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Londex Resources S.A.” geoloji şirkəti mədən layihələrinə maliyyə dəstəyi üçün investisiya şirkətləri tərəfindən yaradılan konsorsiumun başında durub.

© Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...