Dünyaca məşhur şirkətlərə 10 il öncə 1 000 dollar sərmayə qoysaydınız…

Date:

Paylaş:

Doğru yerdə və doğru zamanda edilən sərmayə, heç gözləmədiyiniz nəticələr verə bilər. Bunun ən yaxşı nümunəsini Bitcoin-də gördük.Bitcoin, populyarlığını hər nə qədər itirməyə başlasa da, bəziləri qoyduqlarından çoxdan faydalanıb artıq.
Yaxşı, təsəvvür edin ki, 10 il əvvəl Facebook, Netflix, Amazon və Apple-a sadəcə 1 000 dollar sərmayə qoymuş olsaydınız o zaman nə qazanardız?
Amazon
Amazon qurucusu ve CEO-su Jeff Bezos, şirkətin Prime xidmətinin 100 mln üzv tərəfindən istifadə edildiyini açıqladı. Üstəlik, Amazon 5 mlrd-dan çox məhsul gətirməklə “Echo” məhsulu üzərindən 10 milyonlarca satış əldə edib. Amazon-un bugünkü xalis dəyəri 130 mlrd dollara çatıb. Bu dünyada ən böyük rəqəmdir. Əgər 2008-ci ildə 1.000 dollarlıq sərmayə qoymuş olsaydınız, 19 qatdan çox səhm qiymətləndirməsi əldə edəcəkdiniz. Yəni, 1 000 dollar bu gün 19.300 dollar olacaqdı.
Apple
Apple-in iPhone-ları davamlı satış rekordları qırır. Sadəcə iPhone-lar deyil, laptoplar, iTunes və əməliyyat sistemi də eyni şəkildə.Bundan 10 il önceye getdiyinizi və Apple-a 1.000 dollar sərmayə qoyduğunuzu düşünün.Bu il sərmayənizin dəyəri 7.000 dollar dəyərinə çatacaqdı.
Facebook
Facebook haqqında uzun zamandır gündəmimizdə olan şəxsi məlumatların pis sui-istifadə məsələsi, şirkətin dəyərinin təxminən 11%  azalmasına səbəb olmuşdu.Ancaq son zamanlar da dəyərlər təkrar artmağa başladı.İlk məhkəmələrdən etibarən Facebook əlave dəyər qazandı və son iki ildə ən böyük günlük qazancına çatmağı bacardı.Facebook, günlük qazancına 17 mlrd dollar daha elavə etdi.10 il deyil, 6 il öncə Facebook-a 1.000 dollar sərmayə qoymuş olsanız, sərmayənizin dəyəri bu gün 4.000 dollardan çox olacaqdı.
Netflix
Son illərdə xidmətlərini genişləndirən Netflix, dünya səviyyəsində bir uğur əldə etdi.Əgər 2007-ci ildə Netflix-ə 1.000 dollar sərmayə qoymuş olsanız, bu gün əlinizə 100 min dollardan çox pul keçəcəkdi.Netflix-in məzmuna yeni investisiyalar qoyacağını nəzərə alsaq, səhmlərinin daha da qiymətlənəcəyini deyə bilərik.
Digərləri
Təxminən 10 il öncə qoyacağınız 1.000 dollarlıq səhmin bugünkü gəliri markalara görə belə olacaqdı.
Starbucks: 4.800 USD
Nike: 3.500 USD
McDonald`s: 2.700 USD
Wallmart: 2.000 USD
Microsoft: 2.300 USD
Pfizer: 1.400 USD
Coca Cola: 1.480 USD
Walt Disney: 2.850 USD

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...