Əsas səhifə Məqalələr Dünyaca məhşur brendlərin yaradıcıları olan azərbaycanlı sahibkarlar

Dünyaca məhşur brendlərin yaradıcıları olan azərbaycanlı sahibkarlar

89

Zülfiyyə Əliyeva, 28 yaş, doğma şəhər – Bakı, “MESHQUE” brendinin yaradıcısı @meshque_azerbaijanFacebook

зульфия (2).jpg

Yaranma tarixi

MESHQUE – Azərbaycanda istehsal edilən ilk idman geyimləri startapıdır.

Beş yaşımdan peşəkar şəkildə bədii gimnastika ilə məşğul oluram. Böyük Britaniya universitetlərindən birinə qəbul olduqdan sonra ciddi pəhriz saxlamağı dayandırdım və artıq çəki aldım.

Həftədə dörd dəfə məşq etməyə başladım və ürəyimcə ola biləcək  idman geyimi axtarışına çox vaxtım getdi. Başa düşdüm ki, ölkəm üçün özüm də nəsə hazırlaya bilərəm. Beləcə, ilk Azərbaycan idman geyimləri brendi MESHQUE-nin tarixçəsi başladı.

Şirkət və fəlsəfəsi

Qərb keyfiyyəti və azərbaycanlı qəlbi – MESHQUE-nin özəllikləri. MESHQUE-nin qarşısısnda dayanan tapşırıqlar bunlardır: öz incəsənətini yaratmaq, ölkənin daha yaxşı, sağlam idman gələcəyinə səyahətə başlamaq.
Biz sadəcə idman geyimləri yaratmırıq, həm də həyat tərzini dəyişirik.

Mağazalarda çoxlu xarici brendlərə rast gəlmək mümkündür. Bizim brendimiz – Made in Azerbaijan. Rəng fərqliliyi, unikal naxışlar, parçaların keyfiyyəti alıcılara istənilən idman növündən zövq almaq imkanı yaradır. Hər məhsulu xüsusi diqqətlə yaradır və  detalları düşünürük ki, insanlar yenidən bizə gəlsinlər.

Mağazalarda çoxlu xarici brendlərə rast gəlmək mümkündür. Bizim brendimiz – Made in Azerbaijan. Rəng fərqliliyi, unikal naxışlar, parçaların keyfiyyəti alıcılara istənilən idman növündən zövq almaq imkanı yaradır. Hər məhsulu xüsusi diqqətlə yaradır və  detalları düşünürük ki, insanlar yenidən bizə gəlsinlər.

зульфия (3).jpg

İnsanların idmanı həyat tərzlərinə çevirmələrini istəyirik. Hər hnsısa bir məhsulu bazara göndərməzdən qabaq onu hərtərəfli yoxlayıb sınaqdan keçiririk.

Məhsullar ölkədən xaricdə də əlçatandır

Çətinlikləri

Hər bir kolleksiyanı hazırlayanda bir sıra problemlərlə üzləşirik. Azərbaycanda idman malları istehsalında ümumi əməli təcrübələr yoxdur. Təzə-təzə başlayanda yoxlama və səhvlər metodu ilə işləməli olduq.

зульфия (1).jpg

İxracat yönümlü olduğu üçün qonşu ölkələrə tikiş məhsuları sifariş vermədik. Buna görə də heç də həmişə beynində olan ideyaları tam olaraq həyata keçirmək olmur.

Planlar

Planlar çoxdur. Biz keyfiyyət və faktura ilə Azərbaycan əhalisinin qəlbini fəth etmişik. İndi isə ölkə hüdudlarından kənarda sevgi və hörmət qazanmaq istəyirik.

Əminə və Nigar Zeynallı, doğma şəhər – Bakı, @zeynalli_knitwear brendinin yaradıcıları

амина зейналлы (1).jpg

 Yaranma tarixi

Əminə. Biz bacımla çanta və toxunma məhsullar brendi yaratmışıq.

Məhsullarimiz dünyaya göndərilir

Heç vaxt buna ciddi yanaşmamışıq. Bunun gəlir gətirəcəyini düşünməmişik.

Şirkət və fəlsəfəsi

Toxuculuq əl əməyi deyil, bir incəsənətdir. Bunu yaradıcılıqla sübuta yetirmək istəyirik. Hər bir məhsul unikal, təkrarolunmazdır, ailə dairəsində əllə hazırlanır.

амина зейналлы (4).jpg

Biz hipoallerqik, təbii materiallardan istifadə edirik. Əksəriyyəti xaricdə sifariş olunur.

Çətinlikləri

Məhsul üzərində hər iş mərhələsi şəxsən özümüz tərəfindən həyata keçirilir. Ailə həyatı ilə şəxsi işin bir araya gətirilməsi daimi diqqət tələb edir.

Planlar

Planda müştərilərə müəlliflik yanaşmalı mağazanın açılışı var.

Əminə Mazqarova, 23 yaş, doğma şəhər – Bakı,  ART OF KUBACHI-nin qurucusu, dizayneri və art-direktoru,  @art_of_kubachiFacebook

амина мазгарова (1).jpg

 Yaranma tarixi

Mən və ailəm əcdadlarımızın işlərinin davamçıları, Dağıstanın Kubaçi kəndinin zərgərləriyik. Sovet dövründə bacarıqlı Kubaçi sənətkarlarının şöhrəti bütün ölkəyə yayılmışdı.

Təcrübəni nəsildən nəsilə ötürərək, kubaçililər işlərinin sirlərini və unikal gümüş hazırlanması texnikasını qoruyub saxlaya biliblər. Qardaşımla mən zamanla həyatımızın işinə çevrilən bu sənəti mənimsəyə bilmişik.

2014-cü ildə birinci kursda oxuyanda ağlıma kubaçi zinət əşyalarından ailə brendi yaratmaq gəldi.

Şirkət və fəlsəfəsi

Artıq beş ildir ki, ART OF KUBACHI  dünyada qeyri-adi məhsul sevənləri, bəzək əşyalarının keyfiyyəti və gözəlliyi ilə təəccübləndirir.

Hər gün daha da təkmilləşməyə və yerimizdə dayanmamağa çalışırıq

Dünyanın istənilən yerindən bu brendin zinət əşyalarından sifariş etmək olar.  Çatdırılmadan başqa aktiv satış nöqtəsi Maxaçqala şəhərində var. Brendin konsepsiyası – daimi təkmilləşmə və kubaçili ustaların bənzərsiz üslubu ilə yeni formaların axtarışı.

Bəzək əşyalarımızdan ən tanınmış kolleksiyalar: “Antiklik”, “Kubaçi”, “ Qranatlar”.

амина мазгарова (3).jpg

Çətinlikləri

İş ürəkdən gələndə, çətinliklər gözə görünmür.

Planlar

Biz françayzinqi inkişaf etdiririk. Ümid edirik ki, dünyanın müxtəlif ölkələrindən olan xanımlar tezliklə zəngin keçmişi olan ucuz etnik bəzək əşyalarını əldə edə biləcəklər.

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here