Dünyaca məhşur müğənni Cennifer Lopez (CeyLo ) öz brendini yaratmaq qərarına gəlib.
Daim moda nəhənglərinin diqqətində olan 50 yaşlı ifaçı aksessuar markasını yaradıb.
Daha əvvəl İtaliyanın Giuseppe Zanotti brendi üçün ayaqqabı dizayn edən sənətçi artıq özü üçün çalışacaq.
“JLO Jennifer Lopez” şirkətinin məhsulları gələn ay satışa çıxarılacaq. Bundan sonra çanta və digər aksessuarlar alıcılara təqdim olunacaq.