Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya nəhəngi Bakının işıqlandırma sistemini layihəsinin hazırlanmasını təklif edib

Dünya nəhəngi Bakının işıqlandırma sistemini layihəsinin hazırlanmasını təklif edib

161
Paylaş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulanıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlətimizin başçısına məlumat verib.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirib. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.

Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.