Dünya çempionu Magnus Carlsen: şahmat bizə müvəffəqiyyətli olmağı öyrədir

Date:

Paylaş:

Şahmat üzrə dünya çempionu olan Magnus Carlsen, Forbes jurnalı üçün bu haqda  öz fikrini bölüşür.

Magnus Carlsen-un 28 yaşı var, 2013-cü ildən bəri, o, şahmat üzrə dünya çempionu adını daşıyır. 2018-ci ildə keçirilən yarışlarda amerikalı Fabiano Caruana şahmatçıya qalib gələrək, Magnus öz titulunu bir daha sübut edə bilmişdir. Bu yarışda, o, €600 000 qazandı. Eyni zamanda, G-Star Raw paltar istehsalçısı, Arctic Securities investisiya bankı, Simonsen Vogt Wiig hüquq şirkəti və VG nəşriyyatı ilə kontrakt bağlayaraq, Magnus Carlsen hər il 2 milyon dollar gəlir əldə edir.

2018-ci ilin 28 noyabr tarixində mən, artıq dördüncü dəfədir ki dünya çempionu adını qazanmaqda müvəffəq ola bildim.

Şahmat həm faydalıdır, həm də kifayət qədər tələbkardır. Mənim beynimdə hər zaman şahmat pozisiyaları fırlanır, şahmat mənə daim öyrənməyə və təkminləşməyə kömək edir. Lakin, bu kifayət deyil. Turnirlərdə analitik düşüncə ilə yaradıcı enerji arasında balans tapmaq, çox vacib məsələlərdən biridir.

Son illərdə davamlı şəkildə şahmat oynamağı öyrənməyə davam edirdim. Təəssüf olsun ki, bəzən dünyanın qəbul etdiyi müəyyən standartlara uyğun hərəkət etməliyik. Həyatımda bir neçə dəfə belə bir “ağrılı” təcrübə yaşamışam: düşünülmüş adımı atandan sonra, başa düşürdüm ki səhv etmişəm. Bunu düzəltmək o qədərdə asan deyil. Hər addımdan əvvəl intuisiyadan şübhələnmək olmaz. Qarşınızda duran vəzifəni yerinə yetirmək istəyirsinizsə, özünüzə güvənməlisiniz, rəqibiniz isə sizin bu güvəni və inamı hiss etməlidir.

Həyatımın əksər hissəsini şahmat oyununa həsr etmişəm. Şahmat ilə ilk dəfə olaraq 5 yaşımda üz-üzə gəldim. Düzünü desək, həmin an bu oyun mənim marağımı çəkə bilməmişdi. Əslində, şahmat dünyasına gəlməyimin əsas səbəbi, bacımla rəqabət aparmağım olub. O, daha yaxşı oynayırdı, mən isə ona qalib gəlmək istəyirdim.

Vaxt keçdikcə bacıma qarışı olan münasibətim dəyişsə də, şahmat oyunundan qazandığım bilikləri daim istifadə etməyə davam edirdim. Fikrinizi toplamaqda və ya qərarlar verməkdə çətinlik çəkirsinizsə, şahmatla məşğul olun! Şahmat mənə sakit oturmağı və düşünməyi öyrətdi. Onun köməyi ilə mən strategiya qurmağı, mürəkkəb məsələləri həll etməyi və məğlubiyyətə qarşı dayanıqlı olmağı öyrəndim.

Mən düşünürəm ki, şahmat, müasir zəmanədə rast gəlinən bir sıra problemlərlə mübarizədə bizə kömək edə bilər. Bunlara fikir dağınıqlığı, qərarsızlıq, dissiplinin olmaması aiddir. Texnologiyalar bizim həyat tərzimizi, tədrisimizi dəyişib, indiki uşaqlar isə daim yeni əyləncə axtarışındadırlar.

Bu problemlər çox mürəkkəbdirlər və mən düşünürəm ki, ikirəngli şahmat lövhəsinə və 32 fiqura müraciət etməliyik.

Keçirilən tədqiqatlar göstərirlər ki, şahmatla məşğul olan uşaqlar, riyaziyyat və təbiət elmlərində daha müvəffəqiyyətli olurlar. Bununla yanaşı uşaqlarda dil bacarıqları, yaddaş və qərar qəbul etmə bacarığı inkişaf edir. 2013-cü ildə Danimarkanın Orxus şəhərində məktəblilər arasında çox maraqlı bir eksperiment həyata keçirilmişdi: riyaziyyat dərsləri, şahmat dərsləri ilə əvəz olundu. Nəticədə, uşaqlar riyaziyyat fəndindən müvəffəqiyyət göstəricilərini əhəmiyyətli dərədəcə artırdılar.

Təbii ki, şahmat oyunu müasir dövrə və bu dövrün uşaqlarına uyğun yenilənməlidir. Uşaqların diqqətini cəlb etmək məqsədilə, bu oyunu cəlbedici etməliyik. Bu işdə bizə planşet, telefon və kompüter kimi cihazlar kömək edə bilərlər.

Mənim fikrimcə, tədris prosesi əyləncəli olmalıdır. Play Magnus şirkətinin köməyi ilə, biz, yeni Magnus Kingdom of Chess proqramını yaratmaqda müvəffəq olduq. Proqram şahmat ilə ilk dəfə tanış olan uşaqlar üçün nəzərdə tutulub.

Əlbəttə ki, real lövhə üzərində qurulmuş oyunu heç nə əvəz edə bilməz. Şahmat – çevik reaksiya haqqında oyundur. Belə ki, burada rəqibinin siqnalına reaksiya verərək, strategiyanı dərhal dəyişməyi bacarmaq lazımdır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...