Dünya bazarında süd məhsulları getdikcə bahalaşır

Date:

Paylaş:

Qlobal qida qiymətləri, mayda aylıq müqayisədə 1,2% artıb, illik müqayisədə isə 1,9% düşüb.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət 5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlanan Qida Qiyməti İndeksi, mayda aprel ayı ilə müqayisədə 1,2% artaraq 172,4 bənd təşkil edib. İndeks, keçən ilin eyni ayı ilə müqayisədə 1,9% düşüb.

Qida Qiyməti İndeksindəki artıma pis hava şəraiti səbəbilə artan pendir və qarğıdalı qiymətləri təsir göstərib. İndeks, may ayındakı artımla ardıcıl 5-ci dəfə artıb.

Süd Qiyməti İndeksi aylıq müqayisədə 5,2% artıb və 5 ilin ən yüksək səviyyəsinə çatıb. Bu artım, pendir qiymətlərindəki yüksəliş və güclü qlobal idxal tələbindən qaynaqlanıb.

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymət İndeksi, qarğədalı qiymətlərindəki ani dalğalanma səbəbilə mayda bir əvvəlki ayla müqayisədə 1,4% yüksəlib. Bu dövrdə düyü qiymətləri sabit qalıb, buğda qiymətləri geriləyib.

Ət Qiymət İndeksi mayda aylıq müqayisədə 0,2% artarkən, Bitki mənşəli Yağ Qiymət İndeksi eyni dövrdə 1,1%, Şəkər Qiymət İndeksi 3,2% düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...