Əsas səhifə Xəbərlər Dünya Bankı prezidentindən istefa xəbəri

Dünya Bankı prezidentindən istefa xəbəri

217
Paylaş

Dünya Bankı prezidenti Cim Yon Kim fevralın 1-dən istefaya gedəcək.

 “Bizplus.az” “Oxu.Az”-a istinadla bildirir ki,onun səlahiyyətlərini Dünya Bankının icraçı direktoru Kristalina Qeorqiyeva icra edəcək.

Cim Yon Kimin qərarının səbəblərinə gəldikdə isə onun özəl sektorda fəaliyyətini davam etdirmək istədiyi bildirilir.

Qeyd edək ki, Dünya Bankı rəhbərinin səlahiyyətləri 2022-ci ildə bitəcəkmiş.