Dünya əhalisinin sərvəti nə qədərdir?

Date:

Paylaş:

Dünya əhalisinin sərvəti 2016-cı ilin yekununda illik müqayisədə 5,3% artaraq 166.5 trln. ABŞ dollarına çatıb.

Bu barədə “The Boston Consulting Group” konsaltinq şirkətinin “Global Wealth Report 2017” icmal hesabatında deyilir. Hesabatda artımın əsas səbəbi kimi Asiya-Sakit Okean bölgəsində sərvət artımı və ABŞ-da maliyyə aktivlərinin dəyərinin artması amilləri göstərilib. Dünya əhalisinin 1%-nin milyonçu olduğu qeyd edilir.

Milyonçuların sayı 2015-ci illə müqayisədə 7% artaraq 17,9 mln. nəfərə çatıb. Ən çox sərvət artımı Asiya-Sakit Okean (9,5%) bölgəsində qeydə alınıb. Hesabata əsasən, qlobal sərvət həcminin 2021-ci ildə 223 trln. dollara çatması gözlənilir.

©Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...