Əsas səhifə Biznes sahələri Turizm Dubayın 23 illik brendi Bakıya gəlir

Dubayın 23 illik brendi Bakıya gəlir

43
Paylaş

Birləşmiş Ərəb Əmirliklərinin “Albustan Hospitality” otelçilik brendi Azərbaycanda yeni otel açır.

Bununla bağlı Azərbaycanda artıq “Albustan Hospitality” MMC təsis edilib. Kapital həcmi 5000 manatdır.

Qeyd edək ki, sözügedən şirkətin Dubayda 23 illik tarixi var.

Törəmə olacaq yeni şirkət Bakıda Yeni Həyat Yaşayış Kompleksində, yəni, Xətai rayonu, Nobel pr. ev.15 ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Kolumbiya Respublikası vətəndaşı Nassereddine Jaber Wassim adlı şəxs olacaq.