Dubayda şopinq-festival başlayır

Date:

Paylaş:

Dubay dünyada məşhur ticarət festivalının (Dubai Shopping Festival) açılışı astanasındadır. Dekabrın 26-da başlanacaq festival gələn il fevralın 1-dək davam edəcək. Bu, bütün dünyada analoqu olmayan ən davamlı hadisədir. Şəhər sakinlərini və qonaqları qarşıda möhtəşəm endirimlər və yaddaqalan təəssüratlarla dolu 38 gün gözləyir.

Bizplus.az xəbər verir ki, bu il Dubay ticarət festivalı sayca 25-ci dəfə keçiriləcək. Festival bütün şəhər üzrə 4 min outletdə 1000-dən artıq brendi birləşdirəcək. Burada malları 75 faizədək endirimlə əldə edə biləcək müştərilər yaddaqalan bayram ab-havasını hiss edəcək və brendlər tərəfindən təşkil olunan xüsusi aksiyaların iştirakçılarına çevriləcəklər.

Dubayda ilk ticarət festivalı 1996-cı ildə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun təşəbbüsü ilə keçirilib. Bu hadisə regionda pərakəndə ticarət sektoru üçün dönüş anı oldu. Əmirliyin bütün ailə üçün ilboyu turizm istiqaməti kimi irəliləməsindən ötrü Əmirin Dubayda ticarət sahəsində irimiqyaslı tədbir yaratmaq ideyası da reallığa çevrildi.

Dubayın festivalların və pərakəndə satışın idarə edilməsi departamentinin (DFRE) baş direktoru Əhməd Əl Həccə deyib: “Dubayda ticarət festivalı ötən illərdə keçirilən festivallar zamanı ağlasığmaz hədiyyələr qazanan minlərlə insanın həyatını dəyişib. Qarşıdakı 25-ci festivalda uduş və hədiyyələr ənənəsi daha yeni mərhələyə çıxacaq, qonaqları isə daha böyük hədiyyələr gözləyir. Biz şadıq ki, hər il festival dövründə buraya gələn Dubay sakinlərinin çoxu 1996-cı ildəki həmin ilk bayramı xatırlayırlar. Dubayın mövqeyini turizm istiqaməti kimi möhkəmləndirmək, qonaqlara unudulmaz təəssüratlar bəxş etmək bizim üçün daim ümdə məsələdir”.

Şopinq-festival çərçivəsində planlaşdırılan bəzi tədbirlər xüsusilə diqqətəlayiqdir. “Club Group”dan məxsusi olaraq bu festival üçün işlənib hazırlanmış “Yalla DSF” innovasiyalı interaktiv mobil oyunu onların sırasındadır. Dörd dildə hazırlanmış bu mobil əlavə festivala gələnlərə “Apparel Group” şirkətinin brendlərindən unikal hədiyyələr qazanmağa fürsət yaradacaq.

“City Lights” installyasiyası: 2020-ci il yanvarın 7-dən fevralın 1-dək “Burj Plaza”da valehedici interaktiv işıq installyasiyalarında incəsənət və texnologiyanın vəhdətini görmək mümkün olacaq. Güzgülər və parlaq rəngarəng çıraqbanlıq unudulmaz təəssüratlar vəd edir.

Gündəlik atəşfəşanlıq: hər axşam dünya səviyyəli atəşfəşanlıq “Al Seef”, “La Mer” və “The Beach” çimərliklərinin, həmçinin “Dubai Festival City”, “Dubai Creek”, “The Pointe” və “Dubai Frame” üzərindəki səmanı parlaq rənglərə bürüyəcək.

Dubay ticarət festivalı çərçivəsində, həmçinin promoaksiyalar planlaşdırılıb. Xoş ənənəyə uyğun olaraq, Dubay ticarət festivalı 12 saatlıq eksklüziv endirimlərlə işə başlayacaq. Bu zaman müştəriləri “Mall of the Emirates”, “City Centre Mirdif”, “City Centre Deira”, “City Centre Me’aisem”, “City Centre Barsha” və “City Centre Al Shindagha”da 90 faizədək endirimlər gözləyir. Bundan başqa, həmin gün hər bir müsafir “Majid Al Futtaim Malls” şirkətinin bütün ticarət mərkəzlərində alış-veriş üçün nəzərdə tutulan 10 min dirhəm (2722 dollar) həcmində 25 sertifikatdan birini udmaq şansı əldə edə bilər. Endirim dekabrın 26-da günün ikinci yarısından gecəyədək davam edəcək.

Dubay ticarət festivalının gündəlik sürprizləri: 2020-ci il yanvarın 2-dən 26-dək göz-qulaqda olmağa dəyər. Çünki 25 gün ərzində hər gün xüsusi təkliflər elan ediləcək və bu təkliflər bir brend üçün bir məkanda qüvvədə olacaq.

“Pop-up” marketlər: bu, builki festivalın yeniliyidir. “Last Exit”, “Al Khawaneej” parkında, həmçinin “Al Rigga Street” və “City Walk 2”də yerləşən bir neçə “pop-up” yarmarkası açıq səma altında öz qonaqlarını gözləyəcək.

Ənənəvi “Souk Heritage” şopinqi: “Souk Heritage” – festivalın səs-küylü ərəb bazarlarından ruhlanan mədəni qovşağıdır. Bura qonaqlara ənənəvi bazar ab-havasını hiss etdirir, müxtəlif mədəniyyətlərlə tanış olmağa və dünyanın hər yerindən olan məhsulları əldə etməyə imkan yaradır. Təqribən 2 kilometr uzunluğunda ənənəvi üslubda ticarət sırası “Dubai Creek” rayonunda öz müsafirlərinin yolunu gözləyir.

Açıq səma altında “Market Outside the Box”: 2020-ci il yanvarın 16-dan fevralın 1-dək açıq səma altında keçiriləcək populyar marketdə yerli brendlərin dəbli məhsullarını əldə etmək mümkündür. Uşaqları isə burada oyun məkanı və 24 oyunçunun eyni vaxtda yerləşəcəyi “Game Zone” meydançası gözləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...