Dubay hava limanında uçuş üçün qeydiyyat tam biometrik şəkildə aparılacaq. Bu barədə thenational.ae. xəbər verir.
Dubayın bütün hava limanları bu yeni sistemə keçidlə əlaqədar olaraq qeydiyyat zamanı artıq sənəd və minik talonlarını yoxlamırlar. Belə ki, bunu tam olaraq üzün tanınması və gözün skan edilməsi texnologiyasına əsaslanan, yeni “Sərnişinin biometrik səyahəti” proqramı həyata keçirir. Onun tətbiqi Emirates Airline aviaşirkəti ilə birgə olacaq.
Əvvəlcədən sistemdə qeydiyyatdan keçmiş sərnişinlər küçədən hava limanına daxil olub heç bir sənəd təqdim etmədən birbaşa minik üçün təyyarəyə daxil ola bilərlər. Onların bütün biometrik məlumatları sisteməd saxlanılır. Bu sistem Dubayda GITEX beynəlxalq sərgisində nümayiş olunur.