Dubay – Birləşmiş Ərəb Əmirliyinin sahəsinə görə ikinci ən böyük əmirliyidir. Eyniadlı paytaxt – Dubay şəhəri isə bu gün Yaxın Şərqin ən məşhur turizm mərkəzi sayılır. Şəhər ilin istənilən vaxtı sizi mülayim iqlimi ilə qarşılayacaq, mehriban yerli sakinlər isə sizin istirahətinizi əyləncəli və maraqlı edəcəklər. Dubay azərbaycanlıların sevimli səyahət istiqaməti olduğuna görə, ölkə vətəndaşları arasında bura səyahət edənlərin sayı çoxdur. Amma Dubay barədə bəzi faktları əksəriyyətimiz bilmirik:
1. Cəmi 40 il əvvəl BƏƏ-nin yerində heç nə olmayıb, daha doğrusu, ərazi başdan ayağa səhra olub.
2. Bura dünyanın ən zəngin ölkələrindən biridir. 5 milyonluq əhalinin 59 min nəfəri dollar milyonçusudur.
3. BƏƏ-də çox yaxşı sosial təmnat var. Oğul övladın doğulmasına görə hökümət ailəyə 50 000 dollar ayırır. Toy üçün 19 000 dollar və villa bağışlayır, dövlət qulluqçusunun əmək haqqı isə 10 000 dollara bərabərdir, lakin bu ölkədə dövlət qulluqçusu yalnız yerli insanlar çalışa bilər.
4. Nə qədər müasir olsa da, Dubay müsəlman ölkəsidir və burada çoxlu qadağalar var. Alkoqol qəbul etmək və daşımaq, dövlət əhəmiyyətli tikililərin və şəhərin bəzi görməli yerlərinin, həmçinin qadınların şəklini çəkmək, küçəyə zibil atmaq və avtostopla gəzmək qadağandır.
5. Yol hərəkəti qaydalarını pozmağa görə cərimə 800 dollardır.
6. Dubayda bütün avtobus dayanacaqlarında kondisionerlər var.
7. Burada Avropa düşüncəsinə uyğun qış olmur. Yanvar və dekabr aylarının temperaturu günorta +28 dərəcə isti, axşam saatlarında isə +18 dərəcə isti olur. Yayda isə isti ümumiyyətlə +50 dərəcəyə çatır. İqlim çox isti və rütubətlidir.
8. Dubayda at yarışlarının yerinə dəvə qaçışı yarışları keçirilir, dəvələri isə robotlar idarə edir. Həmçinin səhrada cip safari səyahətləri məşhurdur.
9. Qızılı burada hər kəs və çox alır. İl ərzində bir sakin minimum 38 qramm qızıl alır. Bir kişi evlilik təklifi zamanı xanıma 5 kiloqram qızıl hədiyyə etməlidir. Yeri gəlmişkən, evlilik üçün namizədi valideynlər seçir. Nikahdan kənar əlaqəyə görə isə cərimələnmək və hətta 3 ay həbs almaq olar. Çoxarvadlılığa qanunla icazə var, lakin çox baha olduğu üçün populyarlığını itirib.
10. BƏƏ-də elektrik və su problemləri var. Suyu şirinləşdirməyə məcburdurlar, kommunal xərclər isə çox bahadır.
11. Küçədə insanlar çox fərqli geyinir. Çadralı qadınların yanında açıq geyinən qadınları görmək olar. Adətən bu, turistlər olur. Onlara qarşı tolerant davranılır, lakin çox açıq görünüşə görə cərimə tətbiq olunur. Xüsusilə əgər qadın bu görünüşdə tək gəzirsə.
12. Nəqliyyatda qadınlar və kişilər ayrı gedir. Onlarda metro vaqonları və avtobus və hətta taksilərdə seksiyalar fərqlidir.
13. BƏƏ metrosunda maşinist olmur, qatar avtomatik idarə olnur. Bütün nəqliyyat vasitələrindən bir kartla istifadə etmək olar. Bunun üçün nəqliyyatda informasiyanı oxuyan və gedilən yola görə gediş haqqını hesablayan xüsusi sensorlar quraşdırılıb.
14. Alış-veriş üçün mağaza və bazarlar var. Bazarda mütləq ticarət etmək lazımdır, bu, qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verir.
15. Ramazan ayında – küçədə yemək və içmək qadağandır. Yeməyə icazə verilən bəzi ictimai yerlərdə isə pəncərələrin qarşısını kəsirlər Qaydalara əmək etməyənləri cərimə gözləyir. Orucluq zamanı həyat gecə saatlarında oyanır, çünki bu vaxt qadağalar aradan qalxır.
16. İsti Ərəb Əmirliklərinin səhralıqlarında Ski-Dubai adlı dağ-xizək kurortu fəaliyyət göstərir. Burada xizək sürənlər üçün hər şərait var – təpələr, qarlı parklar. 2011-ci ildə isə BƏƏ buz üstü hokkey üzrə Beynəlxalq federasiyanın tərkibinə qatılan ilk ərəb ölkəsi olub.
17. BƏƏ-nin ən dəbdəbəli hoteli olan “Emirates Palas” Yeni İldə 13 metr hündürülüklü və 11,4 milyon dollarlıq yolka quraşdırıb. Oyuncaq əvəzi isə onun üzərini qiymətli əşyalarla bəzədilib. BƏƏ hotelləri ümumiyyətlə təccübləndirməyi bacarırlar. 28 böyük hotelin aşpazları tərəfindən ölkənin Müstəqillik Günü münasibətilə hazırlanan 2530,8 metrlik tort Ginnesin Rekordlar Kitabına daxil edilib.
18. BƏƏ-də dünyanın ən hündür göydələni “Burj Khalifa” yerləşir – (828 metr).
Mənbə fins.az