Dropbox, Transfer fayl ötürücüsünü təqdim edib. O, 100 Gb-a qədər həcmi olan faylları istənilən istifadəçi ilə paylaşmağa imkan verir. Bu barədə şirkətin bloqunda məlumat verilib.
Faylları göndərmək üçün Dropbox istifadəçisi onları kompyuterdən Transfer pəncərəsinə yükləməli və ya sənədləri hesabdan xidmətə əlavə etməlidir. Bunan sonra sənədli faylı təkcə Dropbox müştərisi ilə deyil istənilən istifadəçi ilə paylaşmaq olar. Alıcı tərəfdə faylın surəti olacaq, orijinalı isə göndərən tərəfdə qalacaq.
Göndərdikdən sonra istifadəçi düzəlişlər və parol əlavə edə bilər. Bundan başqa, yükləmə səhifəsində fon rəngini dəyişmək və oraya öz loqotipini əlavə etmək mümkündür.
Transfer hal-hazırda beta rejiminə uyğundur və yalnız beta-proqrama qoşulan istifadəçilər ondan istifadə edə bilərlər. Lakin Dropbox-dan bildirirlər ki, xidmət tezliklə bütün müştərilərə açıq olacaq və həm ödənişsiz həm də ödənişli tariflərlə.